Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı.
Biz sülhpərvər insanlarıq, gözləyir və ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi.
İndi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz Ordusunun iştirakı ilə şanlı tarix yazır. Azərbaycan haqq yolundadır, haqq işi uğrunda mübarizə aparır.
Bütün varlığımızla və bütün qəlbimizlə inanırıq: torpaqlarımız qısa müddətdə azad ediləcək və Azərbaycanın dövlət bayrağı Şuşada ucaldılacaq. Hər bir Azərbaycan vətəndaşı bu Qələbə gününü səbirsizliklə gözləyir.
Biz – Şamaxı rayonunun Rus icması ölkəmizin tərəqqisi və rifahı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Bu gün Azərbaycandakı tolerantlıq mühiti Azərbaycan xalqının tarixi keçmişindən miras qalmış ənənələrin davamıdır. Hazırda müstəqil Azərbaycanda öz milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qoruyub saxlamış rus əhali yaşayır, rus icması, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, ölkədə müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin təmsilçilərinin azad və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şərait yaradılıb.
Rus dili ölkəmizin hər yerində olduğu kimi,
Şamaxı sakinləri arasında da
gündəlik ünsiyyət vasitəsi kimi
işlənməkdədir. Tədris dili Azərbaycan dili olan siniflərdə
də rus dili xarici dil
kimi tədris olunur. Şamaxıda rus dilində
tədris aparılan 4
ümumtəhsil məktəbi
fəaliyyət göstərir.
Şamaxı rayonu ərazisində yerləşən rus qəbiristanlığı mühafizə
olunur, həmişə
səliqəli vəziyyətdə
saxlanılır ki, bu da dini
və mədəni tolerantlığın nümunəsidir. Bizim rayonda
müxtəlif millətlərin
nümayəndələri yaşayır.
Bizim aramızda dostluq və qarşılıqlı
hörmət var. Xeyirdə
də, şərdə
də bir yerdəyik.
Biz milliyyətcə
rus olan Şamaxı sakinləri də bütün azərbaycanlılar kimi, Sizi – möhtərəm Prezidentimizi sevirik. Respublikamız üçün bu çətin günlərdə
Sizə möhkəm cansağlığı və
Qələbə arzulayırıq.
Hörmətlə,
Ukleina Yekaterina
Vasilyevna
Svixnuşina Nina İvanovna
Kireyeva İrina
Yuryevna
Ukleina Nadejda Nikolayevna
Ukleina Anna Vasilyevna
Kuzneçova Anna Petrovna
Ukleina Mariya Aleksandrovna
Slaşenina Nadejda Vasilyevna
Kotova Yelena Vasilyevna
Ukleina Anna İvanovna
Karpaçeva Anna Vasilyevna
Ukleina Tatyana Vasilyevna
İqnatova Nadejda Timofeyevna
Tretyakov Yuriy Vasilyeviç
Kotova Qalina Vasilyevna
Ukleina Vera İvanovna
Kotova Yekaterina
İvanovna
Salomatina Lyubov Mixaylovna
Kastryulin Mixail Mixailoviç
Kastryulina Yekaterina
İvanovna
Morozova Yekaterina
Vasilyevna
Çerkasova Tatyana Vasilyevna
Fimin Vasiliy İvanoviç
Morozov Mixail Matveyeviç
Polovinkin İvan
Vasilyeviç
Kolomeyçenko Olqa
İvanovna
Denisenko Lyubov Nikolayevna
Şıxəliyeva Tatyana Semenova
Kireyeva Yevdokiya
Yakovlevna
Strekalova Nadejda Mixaylovna
Strekalova Svetlana Vasilyevna
Strekalov Aleksandr
İlyiç
Strekalov Vladimir Aleksandroviç
Korolyova Mariya Timofeyevna
Ukleina Tatyana Mixaylovna
Zborovskaya Yekaterina
Semyonovna
Buçneva Lyubov Nikolayevna
Kastryulin Vladimir İvanoviç
Polovinkina Nadejda İvanovna
Popor Viktor Yakovleviç
Rusakova Anna Vasilyevna
Korolyova Nadejda Vasilyevna
Belyaev İqor
Vladimiroviç
Uklein Roman İvanoviç
Dmitriyev Timofey İvanoviç
Zveryeva Marina Mixaylovna
Zveryeva Feodosiya
Nikolayevna
Kretinina Anna İvanovna
Popkova Anna İlinina
Korolyov Andrey Mixayloviç
Kastryulin Andrey Mixayloviç
Olkova Nadejda Petrovna.
Azərbaycan Respublikası, Şamaxı rayonu.
Azərbaycan.- 2020.- 3 noyabr.- S.2.