Baş Nazir Əli Əsədov
Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya
məktub ünvanlayıb
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.
Məktubda Gürcüstanın Baş Naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı məlumatlandırılıb. Xüsusi vurğulanıb ki, humanitar atəşkəsə dair razılıq əldə edildikdən bir gün sonra Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını “SCUD” raket sistemindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 10-u qadın, 9-u uşaq olmaqla 34 nəfər yaralanıb.
Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirmək cəhdinə Gürcüstan Xarici İşlər nazirliyinin dərhal münasibət bildirməsinin təqdirəlayiq olduğu vurğulanıb.
Qeyd edilib
ki, Azərbaycan və Gürcüstan
bütün beynəlxalq təşkilatlarda
bir-birini dəstəkləyir, iki ölkənin üzləşdiyi münaqişələrin
beynəlxalq hüququn prinsip
və normaları, xüsusilə suverenlik,
ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərin
toxunulmazlığı əsasında, habelə beynəlxalq
təşkilatların müvafiq qətnamə
və qərarlarına uyğun olaraq həll olunması məsələsində
bir-biri ilə həmrəylik göstərir.
Azərbaycan.- 2020.-3 noyabr.- S.4.