Baş Prokurorluq Ermənistan silahlı
qüvvələrinin Bərdədə törətdiyi cinayət
əməlləri barədə maarifləndirici videoçarxlar hazırlayıb
İşğalçı Ermənistan
Respublikasının silahlı
qüvvələrinin raket
və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın
qədim tarix və mədəniyyət
mərkəzlərindən biri olan Bərdədə
27 nəfər həlak
olub, 105 nəfər yaralanıb, şəhərdə
yerləşən mülki
infrastruktur obyektlərinə,
tarix-mədəniyyət abidələrinə,
o cümlədən nəqliyyat
vasitələrinə külli
miqdarda ziyan dəyib.
Baş Prokurorluğun
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata
görə, Ermənistan
Azərbaycanın tarixi-mədəni
irs mərkəzlərindən
biri olan qədim Bərdə şəhərinə raket
zərbələri endirməklə
bir daha özünün təcavüzkar
və işğalçı
mahiyyətini nümayiş
etdirib.
Azərbaycan Respublikası
Baş Prokurorluğunun
mətbuat xidməti tərəfindən Ermənistan
Respublikasının silahlı
qüvvələrinin Bərdədə
törətdiyi cinayət
əməlləri barədə
dünya ictimaiyyətinin
məlumatlandırılması məqsədilə fransız,
ispan, alman, rus, ingilis və
ərəb dillərində
növbəti dəfə
maarifləndirici videoçarxlar
hazırlanıb.
Ermənistanın işğalçı və
təcavüzkar mahiyyətinin
beynəlxalq müstəvidə
bir daha ifşa edilməsi, işğalçı dövlətə
qarşı beynəlxalq
hüquqla nəzərdə
tutulmuş sanksiyaların
tətbiq olunması məqsədilə Azərbaycan
Respublikası Baş Prokurorluğu tərəfindən
bütün beynəlxalq
qurumlara müraciət
edilməsi təmin ediləcək.
Azərbaycan.- 2020.- 3 noyabr.- S.6.