Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 9, maddə 838; 2014, ¹ 7, maddələr 766, 787, ¹ 10, maddə
1165; 2015, ¹ 5, maddə 503; 2016, ¹ 11, maddə 1773, ¹ 12, maddə
2010; 2017, ¹ 5, maddə 755, ¹ 6, maddələr 1019, 1043; 2018, ¹ 3, maddə 373, ¹ 5, maddələr
837, 850, ¹ 12 (I kitab), maddə
2535; 2019, ¹ 1, maddə 23, ¹ 3, maddələr 375, 391, ¹ 6, maddə
987; 2020, ¹ 5, maddə 522, ¹ 7, maddələr 832, 843) aşağıdakı
dəyişikliklər edilsin:
1. 58.2-ci maddənin
ikinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
"Mühəndis-axtarış
işlərinin nəticələrinə
dair texniki hesabat həmin axtarış işlərini
aparan şəxs tərəfindən işlərin
başa çatdığı
vaxtdan 10 gün müddətində sifarişçiyə
və müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.”.
2. 75.4-cü maddəyə
aşağıdakı məzmunda
dördüncü-yeddinci cümlələr
əlavə edilsin:
"Bütün
natamamlıqlar ərizəçiyə
eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı
aldığı tarixdən
ən geci 10 gün müddətində
təmin etməlidir.
Bu zaman tikintiyə
icazə icraatı üçün nəzərdə
tutulmuş müddətin
axımı dayandırılır.
Sənədlərin tamlığının
təmin edilməsi barədə ərizəçinin
müraciətindən sonra
müddətin axımı
bərpa olunur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 oktyabr 2020-ci il
Azərbaycan.-
2020.- 6 noyabr.- S.3.