“Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 6 oktyabr tarixli 176-VIQD
nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli
695 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 176-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin 58.2-ci maddəsinə
uyğun olaraq ona təqdim edilmiş mühəndis-axtarış
işlərinin nəticələrinə
dair texniki hesabatı təqdim edildiyi gündən, həmin texniki hesabata rəy verilməsi tələb olunan hallarda isə rəyin verildiyi gündən üç iş günü müddətində
şəhərsalma və
tikinti fəaliyyətinin
vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət məlumat fondunda saxlanılması məqsədilə
Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinə təqdim edir.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin 58.2-ci maddəsi
və bu Fərmanın 1-ci hissəsi
nəzərə alınmaqla,
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 14 may tarixli
146 nömrəli Qərarı
ilə təsdiq edilmiş "Mühəndis-axtarış
işlərinin yerinə
yetirilməsi Qaydaları”nda
müvafiq dəyişikliklər
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. "Azərbaycan
Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 176-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
3. "Azərbaycan
Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 9, maddə 847; 2014, ¹ 10, maddə 1196; 2015, ¹ 3, maddə
270, ¹ 5, maddə 531, ¹ 9, maddə
1006; 2016, ¹ 6, maddə 1059, ¹ 11, maddə 1824; 2017, ¹ 1, maddə
40, ¹ 5, maddə 825, ¹ 11, maddə
2012; 2018, ¹ 3, maddə 417, ¹ 5, maddə 910, ¹ 8, maddə
1676, ¹ 11, maddə 2289, ¹ 12 (I kitab), maddə 2616; 2019, ¹
3, maddə 434, ¹ 5, maddə
826, ¹ 10, maddə 1581; 2020, ¹ 5, maddə 559, ¹ 6, maddə
684, ¹ 7, maddə 891) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4.6-cı bənddən
"58.2-ci maddəsinin ikinci
cümləsində,” sözləri
çıxarılsın;
3.2. 4.10-cu bəndə
"54.5-ci maddəsində,” sözlərindən sonra
"58.2-ci maddəsinin ikinci
cümləsində,” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 noyabr
2020-ci il
Azərbaycan.-
2020.-6 noyabr.- S.3.