“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 8, maddə 1023) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bəndə "idarəetməsinəsözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”nin 4.7.18-ci yarımbəndinə birinci halda "Azərbaycan Respublikasınınsözlərindən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2020-ci il

 

Azərbaycan.- 2020.-6 noyabr.- S.3.