NOOLDU, PAŞİNYAN?!
Nooldu, Paşinyan!
Bəs deyirdin "Qarabağ Ermənistandır - nöqtə”!
İndi alçaldılmış durumda təslimçilik sənədinə imza atırsan!
İndi İlham Əliyevin qarşısında diz çökürsən!
Azərbaycan Prezidentinin "Qarabağ Azərbaycandır - nida!” bəyanatını qəbul edirsən!
Başqa çarən yoxdur!
Çünki onu sənə İlham Əliyev etdirir!
Təpənnən yumruqla vurmaqla!
Dediklərini özünə yedirtməklə!
Nooldu!
***
Nooldu, Paşinyan!
Bəs Şuşada yallı gedirdin!
Tut arağından içib açarını itirmişdin!
Şuşada inaqurasiya keçirirdin!
Nooldu!
Bəs qondarma "Dağlıq Qarabağ Respublikasının” paytaxtını Şuşaya köçürürdün!
Nooldu!
İndi niyə Şuşada yallı getmirsən, atılıb düşmürsən!
Çünki Şuşa bizimdir!
Şuşanı qəhrəman Azərbaycan əsgəri, şanlı Azərbaycan Ordusu geri aldı!
Sizi oradan iti qovan
kimi qovdu!
Nooldu, Paşinyan!
Bəs Şuşanı
"Şuşi” eləmişdin!
İndi
harda gizlənmisən!
Deyəsən, siçan deşiyi
tapmısan!
Nooldu, Paşinyan?!
Bəs yeni müharibəyə başlayıb yeni ərazilər işğal
edirdin!
Tovuza hücum edib neft-qaz kəmərlərini
partlatmaq istəyirdin!
Bizə
hədə-qorxu gəlirdin,
sülh danışıqlarını
pozurdun!
Görürsən adama necə təslim sənədi imzalatdırırlar?
Görürsən adama necə etmək istəmədiyini
etdirirlər?
Nooldu?!
***
Nooldu, Paşinyan?!
Bəs Dağlıq
Qarabağı müstəqil
respublika edirdin?
Erməni
xalqının öz müqəddəratını təyin
etmək hüququndan dəm vururdun!
İkinci erməni dövləti yaratmaq eşqinə düşmüşdünüz?!
Nooldu?!
Həftə səkkiz mən
doqquz Dağlıq Qarabağa gəlirdin!
Şuşadakı asma körpüdə
zurna çaldırırdın
Nooldu, Paşinyan?!
İndi
də gəl görüm!
Ay Dağlıq Qarabağı
müstəqil respublika
etdin, ha!
Hanı
imzaladığın sənəddə
status məsələsi!
Yoxdu!
Heç
olmayacaq da!
***
Nooldu Paşinyan?!
Keçilməz səngəriniz, dağılmaz
bunkerləriniz bunlar idi?
Arvadın Qarabağa gəlib burdakı arvadlara avtomat atmağı öyrədirdi.
Nooldu!
Bəs oğlun
Xankəndidə hərbi
xidmət keçirdi?
Müharibə vaxtı nə anası, nə balası döyüşlərdə
göründü...
***
Nooldu Paşinyan?!
Yalvarmadığın dövlət başçısı, yalamadığın
daban qalmadı!
Bütün günü təyyarələrlə
silah-sursat, texnika daşıyırdın.
Nooldu?!
Suriyadan
PKK-çıları, muzdluları
gətirib işğal
etdiyin torpaqları əldən vermək istəmirdin.
Bəs niyə
verdin?
***
Nooldu, Paşinyan?!
Bəs müsəlman
məscidlərində donuz
saxlatdırırdın?
Allahın evini təhqir edirdin!
Gördün Allah adamı necə alçaq, şərəfsiz
duruma salır?
Şuşadakı kilsənizin böyründən
bir daş qopmuşdu, bunu bütün qohum-əqraban
faciəyə çevirdi.
Nooldu?!
Görüm həmin kilsəyə gələ biləssən?
Görüm orda dua edib
özünü xilas edə biləssən?
Gördün İlham Əliyev məsciddə donuz saxlayanın özünü
necə donuza döndərir?
Gördün adamın anasını
necə ağladırlar!
Di get!
Adamı
belə şərəfsiz
edirlər!
Adamı belə diz üstə qoyurlar!
Adamı belə itin gününə salırlar!
Nooldu, Paşinyan?!
Gördünmü ki, Qarabağ Azərbaycandır!
***
Sonda bu möhtəşəm Qələbənin müəllifi İlham Əliyevin xalqa sonuncu müraciətindən bir parçanı da yada salıram:
"Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla!
Rəqs edirdin, nə oldu bəs status, cəhənnəmə getdi
status, gora getdi status, gorbagor oldu status.
Yoxdur status və
olmayacaq!”
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 12 noyabr.- S.1;5.