İlham
Əliyevin möhtəşəm zəfəri
Qalibiyyətin mübarək, Ali Baş
Komandan!
Zəfərin qutlu olsun, şanlı Azərbaycan əsgəri!
Ey ana torpaq uğrunda
can qoyub müqəddəsləşən,
şəhadət aşiqləri!
Qəhrəman elimiz, obamız,
ulusumuz, Vətən sevdalılarımız!
Azadlığı haqq eyləyən
dədə-baba yurdumuz,
Qarabağımız!
Qələbə sənə yaraşır,
Bütöv Azərbaycanımız!
Azərbaycan xalqı bu 30 ildə çox faciələr yaşadı,
haqsızlıqlara uğradı,
ədalətsizliyin qurbanı
oldu. Tarixi dədə-baba torpaqlarından
qovuldu, soyqırımlarla
üzləşdi, tükürpərdici
vəhşiliklərə məruz
qaldı. Əsir, əliyalın
mülki vətəndaşlarımıza
qarşı olmazın
işgəncələr verən
faşist xislətli düşmənin iyrənc
əməllərinə şahidlik
etdi. Öz vətənində qaçqına,
köçkünə çevrildi,
illərlə vətən
həsrəti gəzdirdi
ürəyində...
Çox
körpələr doğuldu
Xankəndini, Şuşanı,
Laçını, Ağdamı,
Kəlbəcəri, Zəngilanı,
Füzulini, Qubadlını,
Cəbrayılı yalnız
fotolardan, sınıq
xatirələrdən tanıyan...
Çox
babalarımız, nənələrimiz,
atalarımız, analarımız
doğma yurdlarını
bir daha görmədən bu dünyayla vidalaşdı,
yurdlarını son dəfə
tərk edərkən
götürdükləri bir
ovuc torpaq səpildi üzərlərinə...
Və bu ağrı-acılı
30 ilin məngənəsində
həmin o bir ovuc müqəddəs vətən torpağı
da tükəndi...
Heç
zaman haqq işimizdən vaz keçmədik
Elə səbrimizin, dözümümüzün,
hövsələmizin tükəndiyi
kimi...
Əslində biz çoxdan yol
gəlirdik, ta 30 ilin o tayından bu müqəddəs ana doğru... Nə qədər zülm etsələr də, gözümüzü qorxutmaq
istəsələr də,
barışmadıq, boyun
əymədik azğın
düşmənə. Hər birimiz Ermənistandan əsirlikdən gələn
vətəndaşlarımızın yaşadıqları, şahidi
olduqları işgəncələri
eşitmişik, bilirik.
Həmin əsirlərin
əksəriyyəti isə
yaşadıqları bir
işgəncədən daha
çox danışırdılar:
"Ermənilər torpağı
ağzımıza yığıb,
bizi döyürdülər,
deyirdilər ki, "Qarabağ Azərbaycanın
deyil” söyləyin. Amma bizə nə qədər işgəncə
versələr də,
heç zaman bu haqsız sözü dilimizə gətirmədik”.
Bəli, biz heç zaman "Qarabağ Azərbaycandır!”
haqq nidasından vaz keçmədik, müqəddəs torpaqlarımızdan
düşmənin murdar
ayağını kəsərək
atacağımıza adımız
kimi əmin olduq. Sülh yolu ilə mümkün olmasa, Qarabağımızın işğaldan
azad edilməsi, vətənimizin bütövlüyü
uğrunda son damla qanımıza qədər
vuruşaraq qalib gələcəyimizə Azərbaycan
xalqının qürur
zirvəsi Şəhidlər
xiyabanında and içdik.
And içdik ki,
məğrur Azərbaycan
bayrağını Qarabağın
ən hündür zirvələrində dalğalandıracağıq.
Qarabağ bizimdir!
Budur, artıq
həmin qürurlu, şərəfli, zəfər
müjdəli qalibiyyət
günlərini yaşayırıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan
Ordusunun şücaəti
sayəsində qələbə
sevincimizi yenə də Şəhidlər xiyabanında qeyd edirik.
Deyirik ki, Laçın da, Şuşa
da, Kəlbəcər
də, Ağdam da, Füzuli də, Cəbrayıl da, Zəngilan da, Qubadlı da, Qarabağ da bizimdir. Bir anın
içində, yüz
minlərlə köçkün
vətəndə qəribçilikdən
qurtuldu.
Əzmkar sərkərdəmiz bir həmlədəcə düşmənin
belini sındırdı,
onu diz çökməyə
məcbur etdi. Sülh üçün
yalvarmaq məcburiyyətinə
məhkum elədi.
Çünki Yer üzündə qorxaqlıq, alçaqlıq,
riyakarlıq, tamahkarlıq,
namərdlik və bu kimi insanlığa
xas olmayan çoxlu sayda eybəcər sifətləri
təcəssüm etdirən
erməni vandalları
sülhün nə olduğunu belə bilmirlər. Mütləqdir ki, başlarına
yumruğu zərblə
endirəsən və
bunu da möhtərəm
Prezidentimiz İlham Əliyev layiqi ilə yerinə yetirdi. Ermənilərin xəstə təfəkkürlərinin
məhsulu olan Qarabağ iştahlarını
başlarında çatlatdı.
Və
Ali Baş Komandanımız
noyabrın 10-da bir qərinəlik Vətən
həsrətimizin sona
yetməsini, şanlı
Qələbəmizin - Ermənistanın
təslim olmasının
müjdəsini də
verdi.
Nəhayət ki, haqq-ədalət
yerini tutdu, 30 il davam
edən işğala
son qoyuldu.
Bütün Azərbaycan xalqı bu tarixi zəfərin
qürurunu paylaşmaq
üçün küçələrə
axışdı, sevinc
göz yaşlarımız
selə döndü. İndi yurdumuzun
dörd bir yanında əllərində
ay-ulduzlu üçrəngli
bayraqlar dalğalandıran,
Müzəffər Ali Baş
Komandanımızın portretlərini
tutan milyonlarla insan rəşadətli Ordumuza, qalib Əsgərimizə, Prezidentimizə
minnətdarlıqlarını ifadə etmək coşqusu yaşayırlar.
Min illərin o tayında qürurla xatırlanacaq möhtəşəm Qələbənin
şahidi olduq
İlahi, necə xoşbəxt
taleyə malik bir nəsilik.
Min illərin o
tayında qürurla xatırlanacaq möhtəşəm
Qələbə günlərinin canlı şahidləriyik. Bu qələbədə hər birimizin azacıq da olsa payı oldu. Ön səngərdə, arxa
cəbhədə müsəlləh əsgərə çevrildik. Ordumuza dəstək
olmaq üçün
hər birimiz öz
sahəmizdə əlimizdən gələnin ən
yaxşısını etməyə çalışdıq.
Və qəhrəman əsgərlərimiz üçrəngli
müqəddəs bayraqlarımızı düşmən
tapdağından azad edilən Vətən
torpaqlarımızda dalğalandırdıqca qəlbimiz fərəhdən
dağa döndü,
qürurlandıq.
Qalibiyyətinlə fəxr edirik, cənab Ali Baş Komandan!
Zəfərinə alqış olsun, ey qüdrətli Azərbaycan Ordusu!
Ruhunuz qarşısında baş əyirik, torpaqlarımız uğrunda şəhid olan bütün qəhrəman oğullarımız, qızlarımız!
Bayraqları Qarabağda dalğalanan Azərbaycan!
Qələbən mübarək!
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 12 noyabr.- S.1;8.