Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə
aksiyasında iştirak edib
Bu
gün Azərbaycan Respublikasının Baş Naziri Əli
Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın təşəbbüsü ilə
keçirilmiş, Yaxın Şərq, Balkanlar, Şərqi
Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrini
əhatə edən “Gələcəyə nəfəs ol!”
beynəlxalq ağacəkmə kampaniyasında iştirak edib.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Hökuməti üzvlərinin iştirakı ilə Abşeron rayonu Xocasən qəsəbəsində təşkil edilən tədbir çərçivəsində 11 hektar ərazidə 11 min ağac əkilib.
Ankara ilə Bakı arasında canlı bağlantıda Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanla söhbət zamanı Baş Nazir Əli Əsədov başda Prezident R.T.Ərdoğan olmaqla Türkiyə rəhbərliyini və bütün qardaş Türkiyə xalqını Azərbaycanın Qələbəsi ilə əlaqədar verdikləri dəstəyə, göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.
30-dək ölkəni əhatə edən ağacəkmə aksiyası Azərbaycanın bütün bölgələrində də təşkil edilib və on minlərlə ağac əkilib.
Kampaniya, həmçinin Füzuli rayonun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də keçirilib.
Kampaniya
zamanı Azərbaycan, Bosniya və Herseqovina, İraq, Liviya,
Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya,
Əfqanıstan, Özbəkistan və Albaniya da daxil olmaqla 70
ölkə təmsilçisinin iştirakı ilə ağaclar
əkilib.
Azərbaycan.-2020.- 12 noyabr.- S.3.