Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri İlham
Əliyevə
Hörmətli cənab Prezident.
Sizin
rəhbərliyinizlə Şuşa şəhərinin və
ölkənizin işğal altında olan digər ərazilərinin
azad edilməsi ilə bağlı ordunuzun və dövlətinizin
əldə etdiyi nailiyyətlər münasibətilə Sizi səmimi
qəlbdən təbrik edirəm.
Sizi,
həmçinin imzaladığınız bəyanat
münasibətilə təbrik edirəm.
Ölkənizin dostu və Albaniyanın sabiq Baş naziri olaraq, müasir dövrümüzün ən böyük layihələrindən biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vasitəsilə Sizinlə sıx əməkdaşlıq edən biri kimi, mən Sizin rəhbərliyinizlə Ordunuzun ölkənizin işğal olunmuş ərazilərini azad etmək istiqamətindəki uğurlu nailiyyətlərini böyük maraqla izləmişəm. Mən qəti əminəm ki, qalan əraziləriniz də Sizin rəhbərliyinizlə işğalçılardan azad ediləcək və Azərbaycan regionda sülhün, sabitliyin və tərəqqinin əsas dayağı olacaqdır.
Ən səmimi
hörmət və arzularla,
Sali Berişa
Albaniyanın sabiq Prezidenti və Baş naziri
Azərbaycan.-2020.- 12 noyabr.- S.4.