Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Ali həzrətləri, çox hörmətli cənab Prezident.
İcazə
verin, Sizi işğal olunmuş torpaqların azad edilməsində
Azərbaycan Ordusunun qazandığı zəfərlər və
Qarabağın ürəyi qədim Şuşa şəhərinin
işğaldan qurtarılması münasibətilə təbrik
edim.
Burada yaşadığım uzun illər ərzində Azərbaycan mənim ikinci Vətənim olub. Mən həmişə öz qüvvəm və imkanlarım daxilində çalışmışam ki, dünya ictimaiyyəti Azərbaycanı əsas prioritetlərin qarşılıqlı anlaşma və qarşılıqlı hörmət olduğu, "multikulturalizmin Azərbaycan modeli”nin isə ölkənin daxili və xarici siyasətinin başlıca istiqamətlərindən biri səviyyəsinə qaldırıldığı dövlət kimi tanısın.
Məruz qaldığım çətin həyat sınağının öhdəsindən gəlməyimdə göstərdiyiniz qayğı və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident, Uca Tanrının öz lütfünü Sizin, yaxınlarınızın və bütün Azərbaycanın üzərindən əskik etməməsini diləyirəm.
Qarabağ Azərbaycandır!
Dərin hörmətlə,
Aleksandr İşein
Bakı və Azərbaycan
Yeparxiyasının arxiyepiskopu
Azərbaycan
Respublikası, Bakı şəhəri.
Azərbaycan.-2020.- 12 noyabr.- S.4.