Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Əziz Ali Baş Komandan, möhtərəm Prezident.
Şuşamız mübarək olsun!
Dövlət Bayrağı
Gününüz mübarək
olsun! Biz, bütün
dünya azərbaycanlıları
Şuşanın işğaldan
azad olunması xəbərini Sizdən eşitməyi həsrətlə
gözləyirdik. Bu illər ərzində biz bir millət kimi mənəvi iztirablar içində yaşamışıq. Amma Siz
Ali Baş Komandan kimi bütün Azərbaycan xalqını
bu əzab-əziyyətdən
azad etdiniz. Həsrətini çəkdiyimiz Şuşanı qaytardınız.
Siz bununla bir millət
kimi bizim başımızı ucaltdınız.
Biz, Amerika Birləşmiş
Ştatlarında və
bütün dünyada
yaşayan azərbaycanlılar
Sizinlə fəxr edirik və hər vaxt Sizinlə
qürur duyacağıq. Biz sübut etdik ki, Azərbaycan xalqı səbirli, ağıllı, dövlətini,
torpağını və
namusunu qorumağı
bacaran millətdir.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan
əsgəri! Şuşa
bizimdir!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Novruzov Samir Orucəli oğlu
Amerika-Azərbaycan Qarabağ Atlarının
Xilası Birliyinin sədri
Amerika Birləşmiş Ştatları,
Texas ştatı, Hyuston
şəhəri.
Azərbaycan.-2020.-
12 noyabr.- S.4.