Hikmət Hacıyev: Fransa mandatına uyğun olaraq neytral tərəf kimi çıxış etməli olduğu halda,
açıq-aşkar ermənipərəst siyasət yürüdür
Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür.
AZƏRTAC
xəbər verir ki, bunu KİV-ə açıqlamasında
Prezidentin köməkçisi-Prezident Administrasiyasının
xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin
köməkçisi deyib: “Azərbaycan və Rusiya prezidentləri
və Ermənistanın baş nazirinin birgə bəyanatının
qəbul edilməsində Fransanın hər hansı rolu
olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə
rolundan qısqanclıq keçirir.
Ermənistan
baş nazirinin bu sənədi imzalaması artıq hər
şeyi deyir. İndi Fransa ermənilərdən daha çox
erməni olmağa cəhd göstərir.
ATƏT-in
Minsk qrupunun həmsədrləri adından danışmaq
üçün Fransanın səlahiyyəti yoxdur.
ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir.
Yekunda Fransanın rəsmi
qurumlarına onu da
xatırlatmaq istərdim ki, Azərbaycanın
tarixi şəhəri olan
və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil,
Şuşadır”.
Azərbaycan.-2020.- 12 noyabr.- S.6.