Ukrayna Qarabağda atəşkəsi
alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Ukrayna
Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan
ilə Ermənistan arasında atəşkəs barədə
razılaşma əldə edilməsini alqışlayır və
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini
bildirir.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər Ukrayna Xarici İşlər
Nazirliyinin bəyanatında əks olunub.
Ukrayna
XİN-də qeyd ediblər ki, atəşkəsdən sonra
növbəti addım regionda sabitliyin və həyat fəaliyyətinin
bərpası olmalıdır. Münaqişənin tam
nizamlanmasına nail olmaq üçün beynəlxalq səylər
davam etdirilməlidir.
Nazirlikdə
bildiriblər: “Ukrayna Azərbaycan Respublikasının beynəlxalq
aləmdə tanınmış sərhədləri daxilində
ərazi bütövlüyünü daim və qeyd-şərtsiz
dəstəkləyir”.
Azərbaycan.-2020.- 12 noyabr.- S.6.