Azərbaycan düşmənin dağıtdıqlarını yenidən qurmağa qadirdir

 

Ermənistan isə aldığı zərbələrdən hələ uzun müddət belini dikəldə bilməyəcək

 

 

Qarabağda düşmən tərəfindən dağıdılmış, talan edilmiş şəhər və kəndlərimizin hamısını təzədən tikib-quracağıq. Cocuq Mərcanlıda olduğu kimi, onların hər birində həyat yenidən qaynayacaq.

Yeni evlər tikiləcək, infrastruktur yaradılacaq, tarixi və mədəni abidələr bərpa olunacaq. Prezident İlham Əliyev bunu dəfələrlə bəyan etmişdir və həmin istiqamətdə işlərə artıq başlanmışdır. Belə ki, dövlət başçısı bu il oktyabrın 29-da "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalamışdır.

Prezidentin noyabrın 6-da imzaladığı sərəncam isə sentyabrın 27-dən bəri erməni vandalları tərəfindən mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqındadır.

Belə ki, Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Ordusu qətiyyətli əks-hücum əməliyyatları aparmış və düşmənə ağır zərbələr endirmişdir. Silahlı qüvvələri darmadağın edilən, canlı qüvvə və texnika sarıdan böyük itkilər verən Ermənistanı döyüş meydanındakı məğlubiyyətləri rüsvay etmişdir. Düşmən bunların əvəzini çıxmaq üçün münaqişə zonasından və cəbhə xəttindən xeyli aralıda yerləşən şəhər və rayonlarımızın mülki əhalisini, eləcə də infrastruktur obyektlərini hədəf seçmişdir. Müxtəlif növ silahlardan, o cümlədən artilleriyadanballistik raketlərdən atəş açaraq insanlıq əleyhinə ağlasığmaz cinayətlər törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşdur.

Erməni faşistləri dəfələrlə Gəncə və Mingəçevir şəhərlərinə, digər bölgələrimizə qadağan olunmuş silahlardan atəş açarkən onlarca soydaşımızın, o cümlədən qocanın, qadının, uşağın həyatına son qoymuşlar. Bu barədə Prezident İlham Əliyev demişdir: "Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız varbütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.

Məhz xalqın birliyi, öz Prezidenti ətrafında yumruq kimi sıx birləşməsi, Ordumuzun qəhrəmanlığı nəticəsində düşmən şərtlərimizi qəbul edərək torpaqlarımızdan çıxır.

 

Dövlət başçısının oktyabrın 6-da imzaladığı sərəncam da məhz düşmənin təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədinə yönəldilib. Bunun üçün Dövlət Komissiyası yaradılıb. Sərəncama əsasən, komissiya dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Prezidentə məlumat verməlidir. Dövlət başçısına, eləcə də qiymətləndirmənin nəticələrinə əsasən, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflər təqdim ediləcək.

Aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə ziyanaonun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılması, habelə həmin məlumatların daim yenilənməsi təmin olunacaq.

Görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması nəzərdə tutulub. Xarici İşlər Nazirliyi bu məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görməlidir. Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb. Qeyd edək ki, sözügedən komissiya artıq özünün birinci iclasını keçirib.

Mənfur düşmənin istər 30 ildir, istərsə də son bir ay yarımda uçurduqlarını, söküb-yandırdıqlarını, talan etdiklərini yenidən tikəcək, quracaq, öz yerinə qaytaracağıq. Bunun üçün dövlətimizin gücü də, xalqımızın iradəsi də var. Ermənistan isə aldığı zərbələrdən hələ uzun müddət belini dikəldə bilməyəcək. Yoxsulluq məngənəsində sıxıla-sıxıla Azərbaycanın inkişafına dalandan baxacaq.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 12 noyabr.- S.10.