Paşinyana qarşı qiyam başladı

 

On minlərlə insan iqtidarın istefasını tələb edir

 

Son günlər Ermənistanda baş verənlər qarşıdakı dövrdə ölkəni daha ağır vəziyyətin gözlədiyini söyləməyə əsas verir. Hakimiyyətlə müxalifət arasında ziddiyyətlər daha kəskin mərhələyə qədəm qoyub. Baş nazir N.Paşinyanı xəyanətdə ittiham edən müxaliflər onun istefasını tələb edirlər.

 

Həbs dalğası davam edir

 

Etiraz aksiyalarında 100-dək insan yaralanıb. Polis yüzlərlə müxalifətçini həbs edib. Paşinyanın istefasını tələb edən müxalifət fəallarından Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, "Vətənpartiyasının sədri Artur Vanesyan "Çiçəklənən Ermənistanpartiyasının sədri Qaqik Tsarukyan, "Respublikaçılarpartiyasının nümayəndələri Eduard Şarmazanov, sabiq deputatlar Vaqram Baqdasaryan, Vardan Ayvazyan, Qeqam Petrosyan, Ayk Mamidjanyan, Karine Açemdilibyan, "Vətənpartiyasının nümayəndələri Arsen Babayan, Vardan Voskanyan, "Erkir media” telekanalının rəhbəri Qeqam Manukyan "Daşnaksütyunpartiyasının nümayəndəsi İşxan Saqatelyan polis tərəfindən həbs ediliblər.

Bundan başqa, Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanovu qanunsuz toplantının təşkil edilməsi ittihamı ilə həbs edib. Şarmazanovun köməkçisi Qeqam Petrosyan deyib ki, Şarmazanovu 72 saatlıq həbs etmək barədə qərar qəbul edilib.

 

Paşinyan tapıldı

 

Ermənistanın müharibədə faktiki təslim olmasına dair kapitulyasiya aktını imzalamasından sonra neçə gün idi ki, N.Paşinyanın harada olduğu bilinmirdi. Erməni mətbuatı baş nazirin ictimaiyyətin qəzəbindən qorxaraq bunkerdə ya ABŞ səfirliyində gizləndiyini ehtimal edirdi. Dünən isə Ermənistan prezidenti Armen Sarkisyanla baş nazirin görüşü ilə bağlı məlumat yayıldı. Görüşdə müharibədəki məğlubiyyətdən sonra Ermənistandakı mövcud vəziyyət müzakirə olunub.

Müxalif "ARF Daşnaksütyunpartiyasının təmsilçisi İşxan Saqtelyan deyib ki, bir məqsədləri var bu da Paşinyanı vəzifədən kənarlaşdırmaqdır: "Bu hadisə Nikolun tərzidir. Hər zaman təxribatlar həyata keçirəcək. Polislə qarşıdurmaya ehtiyac yoxdur bir daha deyirəm ki, bu, Nikolun təxribatıdır. O, ölkəmizdə yenidən qarşıdurmalara səbəb olur. Bir dəfə onu ağıllı olmağa insanlardan intiqam almamağa çağırdım. Partlayıcı maddəni atan isə Nikolun növbəti təxribatçılarından biri idi. Mən sizi təxribatlara uymamağa çağırıram”.

Ermənistan müxalifətinin fikrincə, Paşinyanın hakimiyyəti təkcə Qarabağ müharibəsindəki məğlubiyyətlə bitmir o, Ermənistan üçün həm iqtisadi, həm enerji, həm nəqliyyat baxımından təhdid vəziyyəti yaradıb. Ona görə Ermənistanın təcrid olunması daha da dərinləşib. Digər tərəfdən, Ermənistandan əhalinin miqrasiya prosesi artıq yeni mərhələyə daxil olub. Bu gün ermənilər özləri qeyd edirlər ki, vaxtilə Ermənistandan əhali ədədi silsilə ilə baş götürüb qaçırdısa, artıq həndəsi silsilə ilə ölkəni tərk edir.

Belə vəziyyətdə Ermənistan əhalisinin yoxsulluq səviyyəsi yüksəlib. Eyni zamanda ermənilər onun da fərqindədirlər ki, müharibədəki məğlubiyyət fonunda Ermənistanda sosial böhran daha da dərinləşəcək, habelə ölkənin iqtisadi iflası təcridi güclənəcək.

 

Məğlubiyyət səbəbinin açıqlaması

 

Nikol Paşinyan üzə çıxdıqdan sonra xalqa müraciət edərək Qarabağa dair üçtərəfli razılaşmanı imzalamasının səbəblərini açıqlayıb. Bildirib ki, sentyabrın 27-də başlayan müharibə ictimai məyusluğa bir çox suallara gətirib çıxaran sənədin imzalanması ilə yekunlaşdı, indi məndən bu suallara cavab gözləyirlər: "Nəyə görə bu sənəd imzalandı? Bu o zaman baş verdi ki, Baş qərargah hər dəqiqənin çox mühüm olduğunu bildirdi hərbi əməliyyatların dayandırılmasının lazım olduğunu dedi”.

Baş nazir əlavə edərək deyib: "Bir çoxları deyir ki, əgər Hadrutla Şuşanı itirmişdiksə, o zaman fərqi vardı, Stepanakerti (Xankəndi-red.) itirərdik. Əslində isə Stepanakertin itirilməsi dərhal Əsgəranın Mardakertin (Ağdərə-red.) itirilməsinə gətirib çıxaracaqdı. Bu şəhərləri müdafiə etmək üçün kifayət qədər döyüş qabiliyyətli qüvvələr olmayacaqdı. Bu rayonların itirilməsi nəticəsində bizim müdafiə rayonlarımız düşmənin mühasirəsinə düşəcəkdi. 20 mindən çox əsgər zabitimiz üzük kimi mühasirədə qalıb ya ölməli, ya əsir düşməli idi. Bundan başqa, Kəlbəcərin Laçın rayonlarının da itirilməsi qaçılmaz olacaqdı”.

Paşinyanın sözlərinə görə, komandirin ən mühüm vəzifəsi əsgərlər qarşısında döyüş vəzifəsi qoymaqdır. Lakin əsgər hadisələrin sonrakı inkişafına heç cür təsir edə bilmirsə, bu vəzifənin öhdəsindən gələ bilməz sadəcə olaraq həlak olacaq: "Mən 25 min əsgər zabitimizin karyerasını sağ qalmasını əsas tutdum”.

 

Arutyunyan erməni xalqını günahlandırır

 

Qarabağ separatçılarının lideri Araik Arutyunyan "Facebook”da birbaşa bildirib ki, əgər kimisə satqınlıqda günahlandırmaq lazımdırsa, onda bütün erməni xalqını günahlandırmaq olar. Arutyunyan qeyd edib ki, Azərbaycan Ordusu Talışı ələ keçirdikdən Madagiz (Suqovuşan-red.) şəhərinə çatdıqdan sonra ermənilər döyüşmək istəməyiblər.

Onun sözlərinə görə, o zaman hərbçilərin bir hissəsi "Exhnikerrayonundan panik şəkildə geri çəkilmişdi arxa cəbhəni təmin etmək üçün resurslar çatışmırdı. Bəzi bölmələr ön mövqeləri tutmaqdan imtina etdilər: "Mən qabaqda gedəcəyimi söylədim, amma onlar imtina etdilər. Ekspertlərin qiymətləndirməsinə görə, qələbə üçün 80-100 min adam səfərbər edilməli idi. Torpağı kim satdı? Biz bunu xalq olaraq birlikdə etmişik”.

O əlavə edib ki, havadan, xüsusilə pilotsuz uçan aparatlarla bağlı problemlər olub, lakin əsas səbəb ondan ibarətdir ki, əsgərlər tək buraxılıblar: "Sonda isə onların mühasirəyə düşməsi təhlükəsi yarandı, məhz buna görə sülh sazişi imzalandı”.

Xatırladaq ki, Ermənistanda hərbi vəziyyətə baxmayaraq, müxalifət noyabrın 11-də Azadlıq meydanında mitinq təşkil edərək, ölkə rəhbərliyinin Qarabağla bağlı üçtərəfli bəyanat imzalamasına etiraz olaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. İclasdan sonra yığışan vətəndaşlar parlamentin binasına yürüş ediblər. Eyni zamanda "Çiçəklənən Ermənistanfraksiyasından olan millət vəkilləri mitinq iştirakçıları ilə birlikdə parlament binasına yürüş ediblər. "Sputnik Ermənistan”ın verdiyi xəbərə görə, millət vəkilləri təcili iclas çağırmaq niyyətlərini açıqlayıblar. Yerevandakı etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyana, gecəyarısına qədər istefa verməsi üçün, ultimatum irəli sürüblər.

Parlamentin növbədənkənar iclasının keçirilməsi üçün lazımi sayda imza artıq toplanıb parlamentin katibliyinə təqdim edilib. İclasın gündəliyi bəyanata əlavə olunub, deputatlar Dağlıq Qarabağa dair sonuncu sazişin ləğv olunmasını tələb ediblər. Lakin sonda "Daşnaktsütyunpartiyasının üzvü Geqam Manukyan bildirib ki, hakim "Mənim addımımblokundan olan heç bir millət vəkili parlamentin binasına gəlməyib onlar olmadan fövqəladə iclası baş tuta bilməz.

Ermənistanın keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan isə Qarabağda atəşkəs qərarının düzgün olduğunu deyib. Ohanyan Ermənistan Qarabağ ətrafında kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyətin yarandığını silahlı qüvvələrin rəhbərliyinin təklifi ilə həmin an müharibəni dayandırmağın düzgün qərar olduğunu vurğulayıb.

S.Ohanyan əlavə edib ki, müharibəni itirən ordu deyil, dövlət oldu. Qarabağla bağlı üçtərəfli bəyanat xoşagəlməz bir sənəddir məsuliyyəti Ermənistanın hazırkı rəhbərliyi daşımalıdır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 13 noyabr.- S.1; 9.