Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

İcazə verin, SiziSizin şəxsinizdə bütün Azərbaycan xalqını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edim.

Cənab Prezident, bu hadisə Sizin ardıcıl surətdə yürütdüyünüz müdrik siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan xalqının çoxillik məqsədinə çatmasına, Azərbaycan Respublikasının ədalətə, beynəlxalq normalara və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini möhkəmlətməyə imkan verib.

Şəksizdir ki, bu qələbə regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcək.

Bu tarixi məqamda dahi Heydər Əliyevi xatırlamaya bilmərəm. Azərbaycan xalqı və biz hamımız onun xatirəsini daim əziz tuturuq.

Hörmətli cənab PrezidentAli Baş Komandan, bu tarixi dövrdə Siz tarixə düşdünüzSizin ətrafınızda sıx birləşmiş Azərbaycan xalqı üçün həqiqətən böyük qəhrəman oldunuz!

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə, sevimli Azərbaycana və onun gözəl, mərd xalqına bir daha səmimi-qəlbdən cansağlığı, firavanlıq, aydın və dinc səma arzu edim!

Dərin hörmətlə, həmişə Sizinlə və Azərbaycan xalqı ilə olan

 

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Şurasının prezidenti,

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

 

Azərbaycan.- 2020.- 13 noyabr.- S.2.