Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident,
cənab Ali Baş Komandan.
Qarabağ - Vətən müharibəsində
qazanılan möhtəşəm
qələbə münasibətilə,
sevinc və həyəcan dolu böyük fəxarət
və qürur hissi ilə Sizə ən səmimi təbriklərimizi
və ən xoş arzularımızı
çatdırmaq istərdik.
Zati-aliləri, Siz Azərbaycanın yeni tarixini qızıl
hərflərlə yazdınız. Bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı
olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük
zəhmətiniz, əzmkarlığınız
və qətiyyətiniz
sayəsində əldə
edildi.
Ermənistan tərəfindən
işğal edilmiş
Azərbaycan torpaqlarının
azadlığı uğrunda
şəhid olanlara Allahdan rəhmət, onların kədərli ailələrinə, başda
Zati-aliləri cənab
Ali Baş Komandan olmaqla, Azərbaycan xalqına və Azərbaycan Ordusuna dərin hüznlə başsağlığımızı çatdırır, yaralananlara
şəfa və tezliklə sağalmalarını
diləyirik.
Bu tarixi bir gündə başda Müzəffər
Ali Baş Komandan olmaqla, dost və qardaş Azərbaycan xalqını bir daha təbrik edir, daim sülh
və əmin-amanlıq
arzulayırıq.
Hörmətlə,
Levent Kafkazlı
“Tekfen
İnşaat” şirkətinin
İdarə Heyətinin
sədri
Türkiyə Respublikası, İstanbul
şəhəri
Azərbaycan.- 2020.- 13 noyabr.-
S.2.