Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident,
cənab Ali Baş Komandan,
Otuz ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarının azadlığa
qovuşacağı günü
böyük səbirsizliklə
gözləyirdik. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının
azadlığı uğrunda
sentyabrın 27-də başlayan
Vətən müharibəsinin
Sizin, cənab Ali Baş Komandanın rəhbərliyi altında
rəşadətli Azərbaycan
Ordusunun işğalçı
Ermənistan üzərində
qələbəsi ilə
nəticələnəcəyinə inamımız tam idi.
Çox çəkmədən Sizdən,
möhtərəm cənab
Prezident, böyük qələbə xəbərini
aldıq. Vətən müharibəsində Qələbə
münasibətilə başda
Siz olmaqla, şanlı Azərbaycan Ordusunu, dost və qardaş Azərbaycan xalqını TEKFEN şirkəti
adından və şəxsən öz adımdan iftixarla dolu sevinc hissi
ilə təbrik edirəm.
Vətən uğrunda canlarından keçən şəhidlərimizə
Allahdan rəhmət, yaralananlara şəfa diləyirik.
Azərbaycan Respublikasının
daha böyük gələcəyi, dost və
qardaş Azərbaycanın
daha firavan həyatı naminə Zati-alinizə yüksək
nailiyyətlər arzulayırıq.
Dərin hörmət
və ehtiramla,
Murat Gigin
“Tekfen Holdinq”
şirkətlər qrupunun
İdarə Heyətinin
sədri Türkiyə
Respublikası, İstanbul
şəhəri
Azərbaycan.- 2020.- 13 noyabr.- S.2.