Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
İlham Əliyevə
Hörmətli Prezident,
cənab Ali Baş Komandan.
Sizi Allahın adı ilə salamlayıram. Uca Allah Sizi
qorusun.
Rəhbərliyiniz altında Azərbaycan Ordusunun işğal edilmiş torpaqları geri qaytarmaq yolunda bir-birinin ardınca qazandığı
qələbələrin xəbərini
böyük sevinc və fərəh hissi ilə aldıq. Qələbə xəbərləri haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarı olan hər bir azad
insan üçün
fəxrdir. Mən də
sevinirəm ki, qəlbində Azərbaycan
sevgisi olan bir insan kimi
bu xoş günlərin şahidiyəm.
Mənim Azərbaycana sevgim Birinci Qarabağ müharibəsi illərindən
başlayıb. Həmin vaxt ermənilər
doğma Azərbaycan torpaqlarının 20 faizini
işğal etmiş,
1 milyona qədər insanı ata-baba yurdlarından didərgin salmışdılar. Bəli,
mən 30 il
bundan əvvəl ermənilərin Azərbaycan
xalqına qarşı
törətdikləri qətliamın
və zülmün şahidi olmuşam. Mən fəxr edirəm ki, Küveyt Dövləti Ümumdünya İslam Xeyriyyə Təşkilatının
Asiya Müsəlmanları
Komitəsinin rəhbəri
olduğum vaxt 20 ildən çox Azərbaycan xalqının,
xüsusən öz vətənlərindən didərgin
düşmüş insanların
xidmətində dayanmışam.
Bu məqamda mən
1996-cı il oktyabr ayının 16-da Asiya Müsəlmanları
Komitəsinin təşəbbüsü
və ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə təşkil olunmuş beynəlxalq konfransı xatırlamaq istəyirəm. Həmin konfrans qaçqınlar
və məcburi köçkünlərin problemlərinə
həsr olunmuşdu.
Həmin
konfransdan sonra Azərbaycanın haqq mübarizəsinə xidmət
məqsədilə daxili
və xarici arenada böyük xeyriyyə işləri bir-birini əvəzləmişdir.
Cənab Prezident,
Allaha şükür
olsun ki, bu gün Sizin
rəhbərliyinizlə Azərbaycan
xalqı və Ordusu Qarabağı azad edir və
biz bu məsud anları yaşayırıq.
İcazə verin, Sizi, doğma
Azərbaycan xalqını,
sülh, ədalət
istəyən bütün
azad xalqları bu parlaq qələbələr
münasibətilə təbrik
edim.
Qələbə Azərbaycanladır!
Qarabağ Azərbaycandır!
Dərin hörmət
və ehtiramla,
Azərbaycanın dostu
- Adil Abdullah əl-Fəlah,
Küveytin vəqflər
və dini işlər nazirinin sabiq birinci müavini,
Küveyt Dövləti
Ümumdünya İslam
Xeyriyyə Təşkilatı
Asiya
Müsəlmanları Komitəsinin Direktorlar Şurasının
sabiq sədri.
Küveyt Dövləti,
Əl-Küveyt şəhəri
Azərbaycan.- 2020.- 13 noyabr.-
S.2.