Ulu Öndərin daha bir müqəddəs vəsiyyəti yerinə yetirildi

 

Ulu Öndərimizin daha bir müqəddəs vəsiyyəti yerinə yetirildi!

Şuşa düşmən işğalından azad edildi!

Şuşa bizimdir!

Qarabağ Azərbaycandır!

Bu dövlətimizin qələbəsidir!

Bu xalqımızın qələbəsidir!

Bu ordumuzun qələbəsidir!

Dövləti bu qələbəyə İlham Əliyev gətirdi!

Xalqı bu qələbəyə İlham Əliyev səfərbər etdi!

Ordunu bu qələbəyə İlham Əliyev hazırladı!

Bu qələbənin şəriksiz və şəksiz qəhrəmanı da məhz cənab İlham Əliyevdir!

 

***

 

Şuşa qədim mədəniyyət mərkəzdir!

Şuşa ədəbiyyatımızın, musiqimizin, mənəviyyatımızın beşiyidir!

Şuşa şəhərlərimizin gözəli, dünya şəhərlərinin incisidir!

Şuşa xalqımızın sevgi ünvanı, ülviyyət məkanıdır!

Şuşanın işğalı sinəmizə çəkilən çalın-çarpaz dağ idi!

Şuşanın işğalı arxadan kürəyimizə saplanan bıçaq idi!

Şuşanın işğalı bir millət olaraq məğlubiyyətimiz idi!

Əslində Şuşa çirkin oyunların qurbanı oldu!

Şuşa vəzifəni qeyrətindən, pulu şərəfindən yüksək tutanların qurbanı oldu!

Şuşa "daqqa papaq” qoyanların xəyanətinin qurbanı oldu!

Şuşa hakimiyyət uğrunda aramsız mübarizənin qurbanı oldu!

Şuşa ölkədə sabitliyin pozulmasının, qarşıdurmanın, Vətən uğrunda, milli maraqlar naminə birləşə bilməməyimizin qurbanı oldu!

Beləliklə, Şuşanı itirdik!

Uzun müddətə itirdik!

Ağrıya-ağrıya, ağlaya-ağlaya itirdik!

 

***

 

Düşmən Şuşanın dəyərini yaxşı bilirdi!

Ona məxsus olmasa da, özününküləşdirməyə çalışırdı və bu istiqamətdə nə bacarırdısa, edirdi!

Adını dəyişdirdi...

Xalqımıza məxsus tarixi, mədəni abidələri varvarcasına məhv etdi...

Qədim erməni şəhəri adı ilə dünya turizm mərkəzinə çevirməyə çalışdı...

Qondarma qurumun qondarma parlamentini Şuşaya köçürmək istədi...

Şuşanı qondarma "Dağlıq Qarabağ Respublikasınınpaytaxtına çevirmək niyyətinə düşdü...

Ermənistanın qudurmuş rəhbərləri tez-tez Şuşaya gəlir, bizə acıq verən tədbirlər keçirir, şəhəri özününküləşdirdiklərini nümayiş etdirirdilər...

Quduran isə qırx gün gedər - demişlər.

 

***

 

Biz hamımız Şuşanın qaytarılmasını istəyirdik!

Biz hamımız tezliklə Şuşaya qovuşmaq istəyirdik!

Təəssüf ki, bəzən istəklə, arzu ilə reallıq arasında məsafə çox uzun olur, çox!

Xalqımızı bu istəyinə Ali Baş Komandan cənab İlham Əliyev qovuşdurdu!

Uzun illər yorulmadan, dayanmadan, məqsədyönlü şəkildə mübarizə aparmaqla!

Bu mübarizə asan deyildi!

Biz bizdən güclülərlə çarpışmalı olurduq!

Bu mübarizədə qalib gəlməkdən ötrü İlham Əliyev mümkün olmayanları belə gerçəkliyə çevirdi!

Ölkəyə rəhbərlik etdiyi 17 ildə Azərbaycanı iqtisadi cəhətdən gücləndirmək üçün ardıcıl addımlar atdı, beynəlxalq layihələri gerçəkləşdirərək ölkəmizin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqlarını uyğunlaşdırdı.

Zəngin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan bundan böyük faydalar götürdü, iqtisadi imkanlarını genişləndirdi.

Beləliklə, iqtisadiyyatın digər sahələrinin inkişafına da şərait yarandı.

Azərbaycan həm əməkdaşlıq etdiyi ölkələr hesabına özünə yeni dostlar da qazandı.

İqtisadiyyatın güclənməsi güclü ordu qurmağa, onu ən müasir silahlarla silahlandırmağa imkan verdi.

Dost ölkələr bu işdə bizə yaxından kömək göstərirdilər.

Prezident İlham Əliyevin hücum diplomatiyasına keçidə start verməsi, beynəlxalq qurum təşkilatlarda səmərəli aparması haqq işimizin dəstəkləyənlərin sayını xeyli artırdı.

Ermənistanın yeni rəhbərliyi "Qarabağ Ermənistandır, nöqtədeməklə sülh danışıqlarını mənasız etdi!

Üstəlik işğalçı ölkə bir qədər irəli gedərək "yeni ərazilər uğrunda yeni müharibəhədəsi ilə Azərbaycanı təhdid etməyə başladı.

Düşmənin növbəti təxribatına isə Azərbaycan əks-hücumla cavab verdi!

Beləliklə, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda ikinci Qarabağ müharibəsi başladı.

İlk günlərdə Ermənistan da, bütün dünya da Azərbaycan Ordusunun qüdrətini, yeni taktika ilə uğurla döyüşdüyünü gördü.

Amma düşmən yenə sülhə gəlmək istəmir, müharibəni beynəlmiləlləşdirməyə çalışırdı!

Ali Baş Komandan İlham Əliyev "Şuşasız qələbəmiz yarımçıq olarsöyləyərək ordumuzun bütün torpaqlarımızı azad etmək qətiyyətini ortaya qoydu!

Xalq Prezidentimizə güclü dəstək verdi, yumruq kimi onun ətrafında birləşdi!

Əsgər zabitlərimiz qəhrəmanlıqla döyüşərək bir-birinin ardınca şəhər, kənd qəsəbələrimizi işğaldan azad etməyə başladı.

Növbə Şuşaya da çatdı!

Ali Baş Komandanın rəhbərliyi ilə bu qədim şəhər düşmən əsarətindən qurtuldu!

 

***

 

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun parlaq qələbəsidir!

Bu həm əsgər zabitlərimizin ən çətin şəraitdə, dağlıq ərazidə uğurlu döyüş əməliyyatı apardıqlarının əyani göstəricisidir.

Şuşanın alınması Qarabağ uğrunda döyüşlərin yeni mərhələsinə keçid deməkdir!

Xalqımız bu möhtəşəm Qələbəni elliklə, kütləvi şəkildə bayram etdi!

Düşmən isə yasa batdı.

Qalib ordunun Ali Baş Komandanı

İlham Əliyev bu tarixi qələbə münasibətilə Azərbaycan xalqına müraciət etdi.

Həmin müraciətdə xalqı təbrik etməklə yanaşı, hər birimizin ürəyindən keçənləri ifadə etdi:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!”

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2020.-13 noyabr.- S.1; 4.