COVID-19 həyəcanı
Zaman bizdən məsuliyyətimizi
artırmaği tələb edir
Artıq bir ilə yaxındır ki, bütün dünyada koronavirus adlı qorxulu və dəhşətli bir pandemiya tüğyan etməkdə və sönməməkdədir, əksinə, daha da alovlanmaqda və Yer üzünü bürüməkdədir.
Qorxuludur, ona görə ki, bu virusun xassələri lap başdan tibb elminə məlum deyildi və indi də çox xassələri naməlum qalıb. Dəhşətlisi odur ki, bu bəla müxtəlif fəsadlar törətmək qabiliyyətinə malikdir. Koronavirusun hələ ki, effektiv bir müalicə üsulu yoxdur.
O, gözəgörünməzdir, haradan və nə zaman gələcəyi məlum deyil və hətta ildırım sürətilə yayılmaq qabiliyyətinə malikdir. Həm də, bu virusu yayan insanların özləridir. Onu bədənlərində gəzdirən, yetişdirən, coxaldan və nəhayət hər tərəfə püskürdən insanlardır. Virusun kütləsi o qədər cüzidir ki, 1 qram maddədən praktiki olaraq sonsuz sayda virus əmələ gəlir.
Xəstə insanlar gəzib-dolaşdıqca daha geniş ərazilərə virusu yaymağa başlayırlar, həm də çox gəzdikcə çox virus yayırlar və ətrafdakı insanları, əşyaları yoluxdururlar.
Bütün dünya virusoloqları, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı, ziyalılarımız, həkimlərimiz, mətbuat, TV işçiləri 1 ilə yaxındır ki, ara vermədən hər gün insanlara elan edirlər ki, bu virusdan qorunmağın hələ ki, yeganə üsulu 3 sadə qaydaya əməl etməkdən ibarətdir. Hamı bu qaydaları əzbər bilir:
Maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək!
Virusdan qorunmağın başqa bir sadə usulu (qaydası) da var:
Hərəkət etməmək
və ya az hərəkət
etmək. Bu
üsul "Evdə qal” adlanır.
Bu qaydalar
birlikdə karantin qaydaları hasab olunur. Ancaq nədənsə,
hələ də çox insanlarımız
(təəccüblü dərəcədə
qəribədir ki, onların arasında, adi adamlarla yanaşı,
hər yaşda olan hər peşə
sahibi var: həkim, müəllim, fəlsəfə doktoru və s.) bu qaydalara ya heç
əməl etmir, ya da yarımçıq
əməl edirlər.
Bunu hamımız gündəlik həyatımızda
hər yerdə: küçələrdə, yollarda,
həyətlərdə, nəqliyyatda,
marketlərdə, parklarda,
iş yerlərində
və s. müşahidə
edirik. Bu insanlar
niyə belədirlər?
Bunun səbəbini izah etmək istəmirik.
Yalnız onu qeyd edək ki, karantin
qaydalarına yarımçıq
əməl etmək və ya heç
əməl etməmək
sonda eyni nəticəyə - xəstəliyin
sürətlə yayılmasına
səbəb olur.
Beləliklə, karantin
qaydalarına əməl
edib-etməməyindən asılı
olaraq insanlarımız
iki qrupa bölünür: məsuliyyətli
insanlar və məsuliyyətsiz insanlar.
Bu, insanlar arasındakı
birliyi pozmaq deməkdir.
Prezident İlham
Əliyevin dediyi sözləri, cəmiyyətimizin,
insanlarımızın hər
işdə hər zaman qalib olması,
birliyi üçün
çox vacib olan fikri burada
təkrar etmək istəyirəm: Biz birlikdə
güclüyük!
Məsuliyyətli insan olmaq cox sadədir:
bunun üçün
yalnız karantin qaydalarına əməl etmək kifayətdir. Onlara əməl etmək gündəlik zərurətə,
həyat tərzimizə
çevrilməlidir. Pandemiyanın bir ilə yaxın
gedişi göstərir
ki, COVID-19 özbaşına
çəkilib getməyəcək
və bizimlə bərabər yaşayacaq.
Ondan həmişə qorunmalı
olacağıq. Vaksin yaradılsa,
problem öz həllini
tapmış olacaq.
Yəqin
ki, bunun üçün ən azı 3-5 ay vaxt tələb olunacaq. Ona görə, vaksin tapılana qədər qaydalara əməl etməklə özümüzü,
cəmiyyətimizi qorumalıyıq.
İş ondadır ki,
COVID-19 fərdi xəstəlik
deyil, kollektiv xəstəlikdir və hətta tam şəkildə
deyə bilərik ki, kütləvi xəstəlikdir. Bir adamın
xəstələnməsi kifayətdir
ki, etinasızlıq etdiyi halda bütün
cəmiyyəti yoluxdursun.
Məhz buna görədir ki, dövlətimiz müxtəlif karantin tədbirlərini görür
və insanları maarifləndirmək üçün
bütün vasitələrlə
davranış qaydalarını
təbliğ edir.
Polislərimiz də bu işə
qarışmağa məcbur
olublar, başqa işlərini buraxıb insanları maarifləndirməklə
məşğuldurlar. Hələ Hippokrat
andı içmiş
həkimlərimizi demirik.
Onlar kip skafandrın içində
gecə-gündüz, fasiləsiz,
istirahətsiz, yaxınlarından
uzaqda, ölkəmizin
hər yerində - ön cəbhədə və arxa cəbhədə
çalışmaqdadırlar. Xəstələrin sayı artıqca
onların yuxusuz gecələrinin sayı da artır. Onların vəziyyətini düşünün.
Düşünməmək eqoizmdir. Bu xəstəliyin
yayılmaması, müalicəsi
üçün dövlətimiz
nə qədər iş görür, vəsait ayırır və enerji-qüvvə sərf edir. Bunları qiymətləndirmək lazımdır.
Hər kəs nəticə çıxarıb özünü
qorumalıdır. Əslində qaydalara əməl etməklə, insan təkcə özünü
yox, ətrafdakı yüzlərlə insanı
qorumuş olur və qorumağa da borcludur.
İndi biz torpaqlarımızı işğal
etmiş, zaman-zaman insanlarımızı qırmış,
tükürpərdici işgəncələr
vermiş, azğın
düşmənin hücumunu
dəf etməyə, onun bəşəriyyətə
ləkə olan dağıdıcı, yırtıcı
vəhşiliklərinin qarşısını
almağa məcbur olmuşuq. Bunlar ön cəbhədə
baş verir.
Bəs bizlər, arxa cəbhədəkilər nə
etməliyik? İş ondadır ki,
virusa yoluxan insanların sayı sürətlə artmaqdadır.
İqlim
şəraiti də buna təkan verir. Özü də bu say
aysberqin görünən
hissəsidir. Görünməyən hissə, yəqin ki, bundan xeyli
çoxdur. Amma yenə
də hər şey hər bir insanın məsuliyyətindən çox
asılıdır. Yoluxma sayının
artması o deməkdir
ki, məsuliyyətsiz
olanların, qaydalara əməl etməyənlərin
sayı, həmçinin
qaydalara əməl edənlərə də istehza ilə yanaşanlar hələ də var. Arxa cəbhədəki vəziyyət,
sakitlik, əmin-amanlıq,
hər birimizdən çox asılıdır.
Biz gərək arxa cəbhəni qoruyaq ki, ön
cəbhədəkilər rahat
şəkildə vəzifələrini,
işlərini tam yerinə
yetirsinlər. Hamımız əl-ələ verib, məsuliyyətsiz insanlarımıza
dönə-dönə izah
etməliyik ki, karantin qaydalarına əməl etsinlər.
Bu mütləqdir. Çünki biz ön cəbhə
üçün arxa cəbhəni də qorumaliyiq.
Hamı nə vaxtsa az-çox fizikanı öyrənib. Fizika təbiətin ən
ümumi qanunlarını
araşdırır. Təbiətdə hər şey, bütün canlılar və cansızlar fizikanın qanunlarına tabedir. Fizika göstərir ki,
hər bir sistemi xarakterizə edən parametrlər (kəmiyyətlər) var və həm də hər bir sistemin öz
tarazlıq şərtləri
mövcuddur. Cəmiyyət də bir sistemdir.
Parametrlərin qiyməti xarici
təsirlərdən asılı
olaraq dəyişə
bilər. Bu qiymətlər müəyyən
həddi aşanda sistemdə tarazlıq pozular və o, dayanıqsız hala keçə bilər.
Məsələn, dənizdə dalğa
çox güclü olsa, qayıq aşa bilər. Körpünün üstündə
yük çox olsa, o dağıla bilər və s. Bu, o deməkdir ki, COVID -19-a yoluxma sayı cox olarsa, acınacaqlı
vəziyyət - böhran
vəziyyəti yarana bilər. Həkim problemi, çarpayı
problemi ortaya çıxar. İndiki vəziyyətdə
həkimlərə ehtiyac
coxdur, həkimlərin
sayı artmır.
Digər
tərəfdən onlar
da insandır, dincəlməyə, istirahətə
ehtiyacları var. Çarpayıların
da sayı sonludur. Bunları nədənsə məsuliyyətsiz, laqeyd insanlarımız anlamaq istəmirlər. Yoluxmalar isə
artmaqda davam edir. Tarazlıq pozula bilər.
İş ondadır ki,
yoluxmaların sayı
lazım olandan daha sürətlə artmaqdadır. Çünki küçədə, parkda
insanların 90-95 faizi,
marketlərdə və
nəqliyyatda 30-40 faizi
maska taxmır və məsafəni gözləmir. İş yerlərində
də qaydaları pozanlar çoxdur. Biz hər bir
adama virus mənbəyi
kimi baxmalıyıq.
Hər bir ölkədə olduğu kimi, bizdə də səhiyyə sistemi, eyni zamanda, bu
qədər çox xəstə sayına hesablanmamışdır. Aparılan təbliğatlar
isə bəzi insanlara sanki təsir etmir. Müharibə vəziyyətində olan ölkəmizdə belə səhlənkarlıq
heç cür yol verilməzdir. Belə olan halda yalnız bir məcburi yol qalır: karantin qaydaları sərtləşdirilsin, yoluxma
sayında sürətlə
artım davam etsə yüksək cərimələr tətbiq
olunsun və lazım gəldikdə həbs tədbiri həyata keçirilsin.
Gündəlik yoluxma sayı 1000-i keçir. Bu, kifayət
qədər böyük
rəqəmdir, həm
də unutmayaq ki, söhbət aysberqin görünən hissəsindən gedir.
Rusiya ilə müqayisədə bu say 15000 - 16000 nəfər yoluxma deməkdir. Onu da deyək ki,
pandemiyanın əvvəlindən
bu günədək
virus bir neçə dəfə mutasiyaya uğramış və daha təhlükəli olmuşdur. Gəlin hamımız bir
olaq. Məsuliyyəti
artıraq ki, güclü olaq! Məsuliyyətsiz insanlara çağırış
edək və onları bu sadə qaydalara əməl etməyə yönəldək, bununla da ön cəbhəyə
köməyimizi göstərək.
Zaman bizdən məsuliyyətimizi 5 qat,
10 qat artırmağı
tələb edir!
Şakir NAĞIYEV,
AMEA Fizika İnstitutunun "Nüvə və
yüksək enerjilər fizikası”
laboratoriyasının rəhbəri,
fizika-riyaziyyat elmləri doktoru,professor
Yaşar HÜSEYNƏLİYEV,
Elmi Araşdırmalar
və İnkişaf
Departamenti, 1 nömrəli
laboratoriyanın müdiri
Azərbaycan.- 2020.- 13 noyabr.- S.1; 9.