Paşinyan repressiyalara, müxalifət isə inqilaba başladı

 

Ermənistan bir daha insan haqlarının kobud şəkildə pozulduğu ölkə kimi beynəlxalq aləmin diqqətini cəlb etməkdədir. Burada azacıq da olsa, azad sözə meyilli olanları ictimai fəallığa can atanları dərhal həbsə ataraq ağızlarını yumdururlar. Son günlərdə Yerevanda davam edən etiraz aksiyaları fonunda bu, özünü növbəti dəfə təsdiq etdi.

Bu günlərdə Ermənistanda baş verənlərin baş nazir Paşinyanın vaxtilə əlində bayraq etdiyi demokratiya ilə heç bir əlaqəsi yoxdur. Söhbət faktiki olaraq gücdən, şantajdan istifadə edərək hakimiyyətin qorunmasından gedir. Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılığı xalqın qəzəbini söndürmək üçün repressiyalara başlayıb.

Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə "milli xəyanətkimi təqdim olunur. Kütləvi həbslərə baxmayaraq, geniş əhali kütləsi tərəfindən başlanan etiraz aksiyaları fonunda getdikcə dramatikləşən hadisələr hakimiyyətin mövqeyini əhəmiyyətli dərəcədə zəiflətməkdədir. Paytaxtın mərkəzi küçələrində təşkil olunan etirazlarda tələbələrlə yanaşı, yuxarı siniflərin şagirdləri iştirak edirlər. Erməni analitiklərin fikirlərinə görə, alovlanan iğtişaşlar ölkəni qanlı qarşıdurmaya apara bilər.

Qərb dairələrinin 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini "demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı "demokratik liderkimi təqdim etmələrinə baxmayaraq, Ermənistanda bu müddətdə demokratiyanın işartıları belə olmayıb, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib.

Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı. Ermənistanda isə hamının gözü qarşısında müxalifətin əzilməsi sıradan çıxarılması susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: niyə? Bu ikili standartlar nəyə görədir bu ədalətsizlik, selektiv münasibət vaxtadək davam edəcək?!

Ermənistan bir sıra qeyri-sivil dözülməz problemləri ilə bərabər, siyasi məhbus probleminə siyasi məhbuslarının sayına görə "liderölkələrdəndir. Bu ölkədə ən adi insan haqları belə, tapdalanır, alternativ fikir söyləyən mövqe sərgiləyənlər amansız təqiblərə həbslərə məruz qalırlar. Bunu müxalif erməni qəzetlərinin səhifələrindən oxumaq, yaxud internetdən izləmək xəbərdar olmaq mümkündür.

Yerevanda son günlərdə keçirilən etiraz aksiyalarından Qərb qurumları, səfirlikləri, diplomatları yəqin ki, xəbərsiz deyil. Belə olduğu halda, "Human Rights Watch”, "Transparency İnternational”, "Freedom House” kimi qurumlar niyə Ermənistanda baş verən son hadisələrə görə susurlar? Niyə səslərini çıxarmırlar, Ermənistanı tənqid etmirlər? Niyə hesabatlarına bu barədə məruzələr daxil etmirlər yenə ikili standartlardan çıxış edirlər?

Xatırladaq ki, Paşinyanın hakimiyyətinin hələ 7-ci ayında "demokratik ölkə”də siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi. Onda da Qərb təşkilatları Paşinyan iqtidarının bu cinayətinə göz yumdular. Hakimiyyətdə olduğu 2 il ərzində "korrupsiyaya qarşı mübarizəadı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədrini həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini narahat etmir.

Bəzi beynəlxalq təşkulatlar Azərbaycanda problem görməyəndə, ən kiçik qara nöqtələri belə axtarmağa şişirtməyə çalışırlar, amma insan haqlarının boğulduğu, gündən-günə kütləviləşən həbslər fonunda Ermənistanla bağlı lazımi tənqidi fikir səsləndirmirlər. Bu isə bir daha onu göstərir ki, həmin ikili standartlar nümayiş etdirən təşkilatlar, sadəcə, müəyyən xarici güclərin sifarişləri əsasında fəaliyyət göstərirlər.

Bütün bunlar Ermənistanda daha böyük cinayətlərə rəvac verib. Paşinyan öz cinayətlərinin sırasına hərbi cinayətləri əlavə edib - Azərbaycana qarşı müharibəyə başlayıb. Müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub ölkədən çıxarılıb. Amma buna baxmayaraq, beynəlxalq jurnalist təşkilatları yenə susurlar.

Ermənistanda dövlət orqanlarının vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri daxil olmaqla) tənqid təkzib edən, şübhə altına alan ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığını cinayətlərini tənqid edə bilmirlər. Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur.

Bu gün regionda yaşanmış müharibə dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri təşkilatları da məsuliyyət daşıyırlar.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 14 noyabr.- S.1; 9.