Dövlət koronavirusa qarşı
bütün tədbirləri görür
Mövsümi qrip əleyhinə
peyvənd dövlət tibb müəssisələrində
tamamilə pulsuz aparılır
Bütün dünyanın mübarizə apardığı COVID-19 koronavirus pandemiyası odlu silahla aparılan müharibədən də təhlükəli hesab edilir. Mütəxəssislər onu da gizlətmirlər ki, belə amansız xəstəliyə qarşı birgə mübarizə aparılmazsa, bəşəriyyət fəlakətə düçar ola bilər. Məhz bu dəhşətli amilə görə Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin sonlarından həyəcan təbili çalmaqdadır.
Pandemiya, eləcə
də epidemiyalar tibb tarixində az olmayıb.
XX əsrdə bir neçə onilliklər ərzində
fasilə ilə dünya üç qrip pandemiyasından xilas olunub. Onlardan ən ağırı 1918-1920-ci illərdə
dünyanı çənginə
alan "İspan qripi” idi ki, 50 milyonadək
insanın ölümünə
səbəb (törədici
A (H1N1) virusu) olub.
Xatırladaq ki, COVID-19 virusunun Çindən başlayaraq
bütün dünyaya
sürətlə yayılması
- epidemiyadan pandemiya mərhələsinə keçməsi
ilə ölkəmizdə
bu "gözəgörünməz
bəla” ilə mübarizə tədbirlərinə
başlanması tezliklə
öz müsbət təsirini göstərdi. Hətta respublikamızda
bu virusa qarşı dövlət səviyyəsində aparılan
qabaqlayıcı tədbirlər
ÜST tərəfindən nümunə kimi göstərildi. Bu ilin fevral ayından
başlayan həmin tədbirlər istər xəstəliyə yoluxma,
istərsə də sağalma dinamikasında özünü göstərdi.
Açığı, ilk dövrdə
bu istiqamətdə cəmiyyətimizin də üzərinə düşən
vəzifəni dərk
edərək, insanların
özlərini qorumaları,
Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın tövsiyə və qərarlarına əməl
etmələri müsbət
dinamikanın əldə
olunmasında mühüm
rol oynadı. İlin sərin və isti fəsilləri
olan yay-payız aylarında əhalinin pandemiyanın cilovlanmasını
düşünməsi, bəzi
qadağaların yumşaldılmasından
istifadə edərək,
təmaslara meyilliliyi,
daha sonra Ermənistanın təcavüzkarlığına
qarşı mübarizənin
müharibə mərhələsinə
keçməsi vəziyyətin
qəfildən kəskinləşməsinə
gətirib çıxardı...
Tibb mütəxəssislərinin geniş
ictimai auditoriyada apardığı təbliğatlara
baxmayaraq, erməni vandalizminə qarşı
müharibə sanki pandemiyadan qorunmağı arxa plana keçirdi. Nəticədə müharibə Qarabağda
qələbə ilə
sona çatsa da, arxada, ictimai
həyatda koronavirusa laqeydlik vəziyyəti tamamilə dəyişdi.
Hər gün yoluxanların və bu xəstəlikdən
dünyasını dəyişənlərin
sayı kəskin şəkildə artmağa
başladı, baxmayaraq
ki, müalicə olunanların, sağalanların
da sayında artım müşahidə
edildi. Beləliklə, biz yenidən COVID-19 pandemiyası ilə ciddi mübarizəyə başlamalı olduq.
Maraqlı, bir qədər də diqqətçəkən
məqamlardan biri odur ki, koronavirus
haqqında bu qədər təbliğat
aparılmasına baxmayaraq,
hələ də bəziləri onun ölümcül xəstəlik
olmasına inanmır. Görünür, mütəxəssis məsləhətinə
ya ciddi əməl edilmir, yaxud da, sadəcə,
laqeydcəsinə fikir
verilmir. İnsanlarda, xüsusən də gənclikdə belə bir arxayınçılıq
yaranıb ki, guya virusa əsasən
yaşlılar, məsələn,
60 yaşdan yuxarılar
yoluxur. Bunu da uşaq və gənc yaşlarında olanların
immun sisteminin güclü olması, xəstəliyə qarşı
bədənlərinin güclü
mübarizə aparması
ilə əlaqələndirirlər.
Lakin unudurlar ki, virus yaşından asılı
olmayaraq hər kəsi yaxalaya bilir. Artıq uşaq və
körpələrdə bu
xəstəliyin aşkar
edilməsi bunu təsdiqləyir.
Tibb elmləri namizədi Sevil Qənbərovanın da bununla bağlı fikirləri maraqlıdır:
"...Təəssüf ki,
insanlarımız unudurlar
ki, Azərbaycan daxil olmaqla, bütün dünyada koronavirus infeksiyasına tutulmuş xəstələr
arasında
COVID-19-un uşaqlar
üçün böyüklərə
nisbətən yüksək
risk təşkil etmədiyi
müəyyən olunub.
Bəzi uşaqlar və körpələr COVID-19 virusuna
tutulsalar da, bugünə qədər xəstələnmə hallarının
əksəriyyətini böyüklər
təşkil edir.
Lakin koronavirus infeksiyası uşaqlarda emosional dəyişikliklərin yaranmasına
səbəb olur.
Bu, özünü iştahsızlıq,
narahatlıq, qorxu, qəmginlik, diqqəti toplamaqda çətinlik,
stress və s. əlamətlərlə
göstərir. Uşaqlarda belə
dəyişikliklər müşahidə
edən valideynlər biganə qalmamalı, onların aradan qaldırılmasına dəstək
olmalıdırlar”.
Həkimin fikrincə, koronavirus xəstəliyinin əlamətləri
uşaqlarda və yetkin yaşlarda olanlarda eynidir. Bununla yanaşı,
COVID-19 təsdiqlənmiş olan uşaqlarda, ümumiyyətlə, yüngül
əlamətlər müşahidə
olunur. Xəstəlik onlarda qızdırma,
burun axması və öskürək kimi soyuqdəymə simptomları ilə təzahür edir. Bu
simptomlardan başqa, qusma və ishal
əlamətləri də
ola bilər.
Bununla yanaşı, xroniki ağciyər xəstəliyi və ya orta ağır
dərəcədə astma,
ciddi ürək xəstəlikləri, immun
çatışmazlığı, diabet, xroniki böyrək, qaraciyər xəstəliyi və s. olanlar, xüsusilə də yaxşı nəzarət edilməyən
pasiyentlər ağır
gedişli respirator xəstəliklər,
o cümlədən koronavirus
infeksiyası üçün
yüksək risk qrupuna
aid edilirlər.
Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə
və Sanitariya-Epidemioloji
Nəzarət Şöbəsinin
müdiri Nəzifə
Mürsəlovanın sözlərinə
görə, payız-qış
mövsümünün gəlməsi
ilə əlaqədar
havaların soyuması
və immunitetin zəifləməsi təbii
prosesdir: "Bu dövrdə
orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq
üçün sadə
üsullar var. Belə
ki, qida rasionuna bol vitaminli
meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq
kimi adi qaydalara riayət etmək tövsiyə olunur. Bundan başqa, müxtəlif
respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə, kütləvi tədbirlərdə iştirakdan
çəkinmək, fiziki
məsafəni qorumaq,
şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən
istifadə vacibdir”.
Həkimin sözlərinə görə,
istənilən xəstəliyin
qarşısının alınması
yoluxub sonradan müalicə olunmaqdan daha asandır. Məhz bu
səbəbdən ölkədə
bir sıra yoluxucu respirator xəstəliklərə
qarşı peyvəndlərin
aparılması həyata
keçirilir. İmmun sistemi
olduqca güclü olan insanlar belə
bu gün, ən azı, bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq
üçün ölkəmizdə
qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb:
"Oktyabrın 12-dən etibarən
Səhiyyə Nazirliyinin
müvafiq əmri ilə ölkəmizdə
müəyyən olunmuş
əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına
start verilib. Peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının
xroniki xəstəliklərinə
malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklər peyvənd olunur”.
Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət
edib, peyvənd oluna bilər. Mövsümi qrip əleyhinə peyvəndedilmə dövlət
tibb müəssisələrində
tamamilə pulsuz aparılır.
Dövlət koronavirusa qarşı bütün tədbirləri
görür. Bu məsələdə
insanların üzərinə
də böyük məsuliyyət düşür.
Gəlin,
qaydalara əməl etməklə bu düşməni də məhv edək.
M.SADIQOV
Azərbaycan.- 2020.- 15 noyabr.- S.1;11.