Paşinyan indi etirazçılara qarşı terror edir

 

Yerevanda baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən kütləvi aksiyalar davam edir. Gündən-günə gərginləşən ictimai-siyasi vəziyyət ölkədə həm xaotik vəziyyət yaradıb. Çünki hakimiyyətə qarşı artan etiraz dalğaları fonunda həm vətəndaş itaətsizliyi artıb.

Müharibədən sonra erməni cəmiyyəti birmənalı olaraq anladı ki, Paşinyan iqtidarı onlara yalan sırımaqla məşğuldur. Belə ki, Ermənistan hakimiyyəti indiyə qədər ordunun məğlubedilməzliyindən bəhs edirdisə, müharibədən sonra bunun mif olduğu tam aydınlığı ilə üzə çıxdı.

 

İtkilərin sayı gizlədilib

 

Bir neçə gündür davam edən 17 müxalifət partiyasının təşkil etdiyi aksiyaya 10 mindən çox insan qatılıb, İrəvanın Azadlıq meydanında Paşinyana qarşı istefa şüarları səsləndirilib. Müharibədə məğlubiyyəti qəbul etməyən ermənilər aksiyada göz yaşı axıdır, polislə tez-tez toqquşurlar. Etirazçılar 44 günlük müharibənin sonunda imzalanan bəyanatın ləğv olunmasını tələb edirlər. Onların sırasında hərbçilər yer alıb.

Hakimiyyət isə bundan ciddi narahat olub qabaqlayıcı addımlar atmağa çalışır. Ermənistan KİV-nin sosial şəbəkələrin erməni seqmentinin məlumatlarına əsasən hökumətə qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına zənglər olunur onlara deyilir ki, aksiyalara qatılsalar, işlərini əmlaklarını itirəcəklər.

Yerevanın Tamanyan küçəsində yaşayan Eduard Petrosyan ona bir neçə dəfə belə zəngin gəldiyini bildirib. Ermənistan mediası yazır ki, Eduard keçirilən aksiyalarda əlində Ermənistanın baş naziri "Paşinyan istefa!'' yazılan plakat tutub. Bu, indi ona baha başa gələ bilər. Lakin hakimiyyət anlayır ki, bu gedişlə aksiyaları dayandırmaq mümkün deyil. Odur ki, iqtidar yenidən xaricdə özünə dəstək axtarmağa başlayıb.

Bu arada Ermənistanın Vatikandakı sabiq səfiri Mikayel Minasyan "Facebook”dakı paylaşımında yazıb ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun itkilərini cəmiyyətin faciənin miqyasını dərk etməməsi üçün gizlədib. O qeyd edib ki, gündəlik dərc edilən siyahılar reallığı əks etdirmir: "İlk gündən etibarən həqiqi ölüm sayını gizlətmək üçün biabırçı dəhşətli proses başladı. Bu əməliyyata şəxsən Ermənistanda Nikol, Qarabağda onun həyat yoldaşı rəhbərlik etdi. Yəqin bilmirsiniz ki, Goris, Sisian, Vanadzor, Gümri, Eçmiadzin İrəvan morqlarında hələ yer yoxdur. Müharibənin ilk günlərindən etibarən əsgərlərin cəsədləri Abovyanda koronavirusdan ölənlər üçün nəzərdə tutulan meyitxanada saxlanılırdı”.

Sabiq səfir onu da vurğulayıb ki, valideynlər övladlarının cəsədlərinin qalıqlarını təhvil almaq üçün təxminən iki aydır gözləyirlər, uzun növbələr var. Hətta valideynlər övladlarının cəsədlərini alıb dəfn edə bilmək üçün rüşvət belə təklif edirlər: "Bunlar Ermənistanda baş verir. Belə çıxır ki, Ermənistanda açıq şəkildə yalan danışmaq, ölən uşaqların meyitlərini soyuducularda günlərlə gizlətmək olar, çünki Nikol Annanın cədvəlinə görə hər gün 30-40 qurban adının dərc olunmasına icazə verilir”.

Minasyan onu da bildirib ki, müharibə qurbanlarının dəqiq sayı açıqlanmır: "Əslində var, amma ictimaiyyətə açıqlanmır. Fakt odur ki, 5 gün əvvəl Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyi məruzə edib ki, bu vaxta olan məlumatlara görə, 2250 ölmüş morqa düşən var, 1400 ölmüş morqa düşməyən var. Həmçinin 1100 nəfər itkin düşüb. Sənədlə Ermənistan baş nazirinə məruzə edilmiş, təsdiqlənmiş ölüm sayı 4750-dir”.

 

Növbəti etiraflar

 

Nikol Paşinyan Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib ki, biz bu sənədi cıra bilərik atarıq, amma nəticələr barədə düşünmək lazımdır. Əgər biz bunu etsək, demək, noyabrın 10-dək olan vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Anlamaq lazımdır ki, nəticələri olacaq. Onun sözlərinə görə, imzalanmış sənədi sərt tənqid edən müxalifət əvvəllər bu sənəddən imtina etmək üçün heç bir təsirli üsul təklif etməyib.

Bununla yanaşı, erməni baş nazir qeyd edib ki, imzalanmış bəyanat insanların həyatının qorunması üçündür: "Stepanakert (Xankəndi-red.) müdafiəsiz qalmışdı, onun alınmasından sonra Əsgəran da, Mardakert əldən gedəcəkdi. Nəticədə ön cəbhədə olan 20-30 min erməni əsgəri mühasirəyə düşə bilərdi. Onlara hücum edərdilər xilas olmaları mümkün olmazdı”.

Paşinyan vurğulayıb ki, döyüş meydanında uğursuzluqlar yarandıqda qarşıya müharibədə dönüş etmək üçün siyasi vəzifə qoyulub. "Şuşanın süqutundan sonra biz bu vəzifənin yerinə yetirilməyəcəyini başa düşdük qəbul etdik”, - deyə o bildirib.

 

Mnatsakanyanın kapitulyasiyanın imzalanmasından xəbəri olmayıb

 

Ermənistanın "4rd.am” saytı Paşinyanın bu açıqlamalarla özünü daha dərin bataqlığa saldığını yazır: "Paşinyan müharibədəki məğlubiyyətə görə bir çox bəhanələr axtarmaqdadır. Onlardan biri hərbi texnikalarla bağlıdır. Baş nazir onun komandası iddia edir ki, bizim silahlar 80-ci illərdən qalma silahlardır, Azərbaycan Ordusunda isə son modern silahlardır. Amma Paşinyan onun məmur komandasının mindiyi bahalı, modern avtomobillərin buraxılış illəri heç köhnə deyil. Sual olunur: bəs niyə hakim partiya üzvlərinin xidməti şəxsi maşınları 1980-ci illərin maşınları deyil? Niyə onların maşınlarının hər birinin qiyməti 100-200 min dollardır?''

"Qraparaknəşri Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın baş nazir Nikol Paşinyanın kapitulyasiya sənədini imzalamaq planlarından xəbərsiz olduğunu açıqlayıb. Qeyd olunur ki, bunu nazir Xarici İşlər Nazirliyində keçirilən iclasda deyib. Qeyd edilir ki, Mnatsakanyan son günlərdə gizli fəaliyyətə keçib, çünki Qarabağla bağlı razılaşma hər şeydən əvvəl diplomatiyanın məğlubiyyətidir: "İclasda iştirak edənlər Mnatsakanyanın açıqlamasına çox qəzəbləndilər ona inanmadılar. Müavinlərindən biri bu teatrda iştirak etməyəcəyini söyləyərək qətiyyətlə iclası tərk etdi. Erməni diplomatlar hadisəni ölkə rəhbərliyi üçün bağışlanmaz hesab edir Mnatsakanyanın da istefa verməsinin lazım olduğunu bildiriblər”.

Əslində Ermənistanda böyük əksəriyyət bu fikirdədir. Elə bu səbəbdən hakimiyyətə qarşı etirazlar geniş vüsət alır Paşinyan iqtidarının müqavimət göstərə biləcəyi inandırıcı sayılmır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 15 noyabr.- S.1; 12.