Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin dərin zəkanız, uzaqgörənliyiniz, müdrikliyiniz, siyasidiplomatik məharətiniz, polad iradəniz, rəşadətli, şanlı Ordumuzun igidliyi, qəhrəmanlığı və peşəkarlığı, xalqımızın birliyi və dəstəyi sayəsində əldə olunmuş tarixi qələbə və zəfər münasibətilə Sizi Monteneqroda yaşayan azərbaycanlılar adından böyük qürursevinc hissi ilə təbrik edirəm.

Böyük Sərkərdə və Lider kimi Sizin rəhbərliyinizlə qazanılan bu zəfər tarix kitablarına qızıl hərflərlə yazılacaq. Mənfur və məkrli düşmənin ən azı iki əsrlik bütün planları puç oldu, Azərbaycan xalqının isə hələ də yuxu kimi görünən arzuları çin oldu. Sizin bütün sferalarda hücum taktikasına keçilməsi, ölkəmizin siyasiiqtisadi gücünün hərbi qüdrətimiz formasında özünü sübut etməsi əməli nəticələrini göstərdi.

Sizi özünün siyasi varisi hesab edən Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri yalnız Onun kimi bir dühanın bu qədər dəqiq uzaqgörənliyi ola bilərdi. Siz dahi Liderin həm vəsiyyətini yerinə yetirdiniz, həm də Sizə olan inamını hər kəsə sübut etdiniz. 

Azərbaycan xalqının sındırılmış qürurunu, mənliyini, kimliyini geri qaytardınız, əzəli torpaqlarımızı düşmən tapdağından qurtardınız, müstəqilliyimizin və suverenliyimizin atributu olan ərazi bütövlüyümüzü bərpa etdiniz, əsrlərboyu xalqımıza təlqin olunan məğlubiyyət, inamsızlıq və ümidsizlik sindromunu darmadağın edərək, uşağından yaşlısına hər birimizə qürurlusevincli anlar yaşatdınız. Azərbaycan dövlətinin və xalqının gücünü və mərhəmətini bütün dünyaya göstərdiniz. Sizin sentyabrın 19-da "Əgər biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək” xəbərdarlığınızdan nəticə çıxarmayan erməni hərbi-siyasi rəhbərliyi bu gün məğlubiyyət acısını dadmaq məcburiyyətində qaldı.

Bu Vətən müharibəsində dinimilli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın torpaqlarımızın azad olunmasında iştirakı və bir yumruq kimi Sizin ətrafınızda birləşməsi isə Azərbaycançılıq ideyasının növbəti təntənəsi oldu və düşmənlərimizin ölkəmizdə dinimilli nifaq yaratmaq planlarını da birdəfəlik alt-üst etdi.

Sizin xarici ölkələrin kütləvi informasiya vasitələrinə müsahibələriniz, xüsusilə də dövlətimizə qarşı qərəzli münasibət sərgiləyən mətbuat nümayəndələri ilə dialoqlarınızı, tutarlı və kəskin cavablarınızı, onları susdurmağınızı, informasiya cəbhəsini yararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmağınızı da böyük qüruriftixar hissi ilə izləyirdik. Söylədiklərinizdən yola çıxaraq, bizmövqeyimizi formalaşdırırdıq.

Müraciətlərinizdə bir neçə dəfə ürəkdən kövrəlməyiniz də nəzərimizdən qaçmadı. Bu hissləri yalnız Vətənini və xalqını həqiqətən də ürəkdən sevən və ona bağlı olan insan yaşayayaşada bilər. Sizin bu müharibə günlərində inamlı çıxışlarınız, xalqın dilində əzbərə çevrilmiş və düşməni mənəvi və psixoloji cəhətdən gündən-günə rəzil edən ifadələriniz və kəlamlarınız da həm Ordumuzun, həm də insanlarımızın ruh yüksəkliyini daha da artırırdı və qələbəyə inamını möhkəmləndirirdi.

Ordumuz düşməni döyüş meydanında layiq olduqları kimi qovduğu halda Siz də düşmənlərimizi siyasət və diplomatiya meydanında diz çökdürdünüz. Biz çox gözəl anlayırıq ki, sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarının və döyüşlərin dayandırılması ilə bağlı hər cür siyasi təzyiqlərə mərdliklə, cəsarətlə və məharətlə sinə gərərək, qazandığınız hər bir əlavə gün və bəlkə də saat ordumuzun daha da irəliləməsini təmin edirdibu, Şuşa uğrunda inanılmaz qələbə ilə nəticələndi. Əminəm ki, bunu anlamayanlar da zamanla başa düşəcəklər. Bu, müharibə vəziyyətində olan xalqın Liderinə və ordunun sərkərdəsinə xas olan dəyanət, mətanət və qətiyyət nümunəsidir. Siz, əcdadlarımızdan dərin və acı yara kimi miras qalan Qarabağ düyününü kökündən həll etdiniz və gələcək nəsillərə başıuca, alnıaçıq, qürurlu, məğrur bir dövlət bəxş etdiniz. Bu tarixi Qələbə o qədər möhtəşəm və böyükdür ki, bəlkə də ictimaiyyət hələ də onu tam qavraya bilmir. Bu qələbənin əhəmiyyəti illər, on illiklər keçdikcə daha da artacaq. Bu tarixi qələbə Sizin "Nəyi, necə və nə vaxt etməyi mən yaxşı bilirəm” sözlərinizin də qəti və birmənalı təsdiqi oldu. Xalqımızın Sizə olan inamı sonsuzdur.

Əminəm ki, vəsiyyəti həyata keçən ulu öndər Heydər Əliyevin və görkəmli şairimiz Məmməd Arazın da ruhları bu gün şaddır:

Oyat bizi ey Yaradan səninləyəm!

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi

Ya yenidən yarat bizi

Ey Yaradan, səninləyəm!

Səninləyəm yatmış vulkan, səninləyəm

Ayağa dur Azərbaycan səninləyəm!!!

Rəhbərliyinizlə qazanılan bu Qələbə Azərbaycanı oyatdı, yenidən yaratdı, yatmış vulkanı ayağa qaldırdı. Bu böyük oyanış, böyük qurtuluş, dirçəliş geri dönüşdür, özünü dərkdir! Bu günləri bizə yaşatdığınız üçün Sizə Ordumuza qədər təşəkkür etsək, xoş sözlər yazsaq, azdır. Bu hissləri sözlərə sığışdırmaq mümkün deyil.

Əgər siyasət mümkün olanı əldə etmək sənətidirsə, mümkünsüz olanı əldə etmək artıq siyasət deyil, dahilik qəhrəmanlıqdır!

Mənfur düşmənlərimiz təhrif olunmuş tarix yazarkən, əsl tarix yaradan Müzəffər Ali Baş Komandanımızın rəşadətli Ordumuzun miras qoyduğu Yeni Azərbaycanımız mübarək olsun!

Biz fəxr edirik ki, azərbaycanlıyıq!

Biz fəxr edirik ki, bizim Sizin kimi sərkərdəmiz Liderimiz var!

Allah şəhidlərimizə rəhmət eləsin!

Allah bütün işlərinizdə yar yardımçınız olsun! Qarabağ Azərbaycandır!

Dərin ehtiramla,

 

Seyran Mirzəzadə

Azərbaycan-Monteneqro İqtisadi Mədəni

Əlaqələr Mərkəzinin direktoru

Monteneqro, Podqoritsa şəhəri.

 

Azərbaycan.- 2020.- 17 noyabr.- S.4.