Təbiət qatilləri
...Əslində, bu, ilk deyil. Biz ermənilərin çirkin üzünü, murdar xislətini indi yox, yüz illər öncə görmüşük... Daim Azərbaycan xalqına qarşı ərazi iddiasında olub, çörəyimizi yeyib, sərvətlərimizdən istifadə edib, sonra da namərdcəsinə bizə arxadan zərbə vurublar. Tarixi torpaqlarımıza, dədə-baba yurdumuza abırsızcasına soxularaq işğal ediblər, xalqımıza qarşı soyqırımı törədiblər. Vəhşiliklərini, amansızlıqlarını, zalımlıqlarını tarixə qanla və dinc, əliyalın əhalini qırmaqla yazıblar.
Biz onları insanlıqdan kənar yırtıcılar kimi tanımışıq...
Biz onların vəhşi heyvanlara belə xas olmayan qəddar əməllərini canımızla, qanımızla yaşamışıq...
Biz onların körpələri, uşaqları diri-diri yandırmalarının, süngüyə keçirmələrinin, dərilərini soymalarının, qadın, qoca, yaşlı demədən olmazın işgəncələr vermələrinin, hamilələrin qarnını yarıb, qarınlarına pişik balası qoymalarının canlı şahidi olmuşuq...
Gözləri qanla örtülü olan bu vəhşilər ölülərimizi təhqir etməklə də ürəklərini soyuda bilməyiblər. Tək insanlarımıza qarşı yox, torpağımıza, təbiətimizə, meşələrimizə qarşı da terror törədiblər.
Torpaqlarımız erməni işğalında qaldığı 30 il müddətində məzarlıqları, evləri, ağacları da soyqırıma məruz qoyublar...
Biz bu vəhşətləri illərdir görürük, yaramaz əməllərini bilirik və bunu hər yana car çəkirik. Dünya isə hələ indi bunun şahidi olur... Nəhayət, gec də olsa, dünya da görür ki, ermənilər tək insan, uşaq qatili deyil, həm də ağac, meşə, təbiət qatilidir. İnsandan ala bilmədiyi intiqamı, qisası ağacdan, evdən alır. Bu hərəkətlər insanlığa sığmır, amma erməniliyə sığır. Bax, budur erməni xisləti! Bax, budur erməni faşistlərinin murdar üzü! Bax, budur erməni barbarlığı, vandalizmi!
Ermənilər Kəlbəcərdə ekoloji
terror törədirlər
30 ildir ki, mənfur ermənilər işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları, bütün tikililəri terrora məruz qoyub, dağıdıb, yararsız hala salırlar. Mebel istehsalına yararlı bütün ağacları qırıb başqa ölkələrə satıblar. Təbiətimizi talan ediblər. Bunun isə bir səbəbi var. Ermənilər dildə əksini iddia etsələr də, daxilən hər zaman biliblər ki, onlar bu torpaqların həqiqi sahibi deyillər. Ona görə ki, bu yerləri ürəkdən sevməyiblər, oraya bağlanmayıblar. Görünən odur ki, qorumayıblar, qayğı göstərməyiblər o torpaqlara. Bir neçə gündür Kəlbəcərdən çıxarılan ermənilərin törətdiyi vəhşiliklər də elə bunun əyani sübutudur.
25 noyabra qədər Kəlbəcəri tərk etməli olan ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələrini, dam örtüklərini, unitazları belə aparırlar. Mal-qaranı kəsib ətini götürür, içalatını, baş-ayağını həyətə, çölə-bayıra tökürlər. Apara bilmədikləri bir çox şeyi isə yandırır, məhv edir, kütləvi şəkildə ekoloji terror törədirlər. 27 il əvvəl buradan çıxarılmış azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Bununla da ermənilər 30 illik işğalçılıq tarixində həm də vandal və terrorçu imicini formalaşdırırlar.
Azərbaycanlılar evlərinin qapılarını açarla bağlayıb
çıxmışdılar
Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin yerinə yetirilməsi deməkdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməmişdi.
Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını indi tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur,vandallıq edirlər. Halbuki 27 il əvvəl azərbaycanlılar məhz bu evlərdən qovulanda qapıları açarla bağlayıb çıxmışdılar. Çünki bura məhz onların evi idi...
Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırıb, lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən ermənilərdən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub.
Kəlbəcərin öz əhalisi
evini heç vaxt yandırmazdı
Xatırlatmaq yerinə düşər ki, 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi ermənilərin amansız hücumlarına məruz qalaraq işğal olunub. Bu zaman 39 kənd sakini qəddarcasına öldürülüb, 5 nəfər girov götürülüb, 100-dən artıq ev yandırılıb. 1993-cü ilin mart ayında isə düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutub. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırıblar. Ən əhəmiyyətli mövqeydə yerləşən Keçiliqaya yüksəkliyinə sahib çıxıblar. Aprelin 2-də isə erməni silahlı qüvvələri Kəlbəcərə bir neçə istiqamətdən hücuma keçdilər. Rayon əhalisi mühasirədə qalmışdı, kənardan heç bir kömək yox idi. Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi. Həmin gün Murovdağın bəzi yerlərinə 70 santimetr, bəzi yerlərinə isə 1 metrə yaxın qar yağmışdı. Qarın yağması vəziyyəti daha da çətinləşdirmişdi. Rayon əhalisi uşaqları, qocaları, xəstələri necə xilas etmək yolunu bilmirdilər. Bu faciədə erməni faşistləri dinc əhaliyə vəhşicəsinə divan tutdular, bir neçə yüz nəfəri öldürdülər, bir neçə yüzünü isə əsir götürdülər. İşğal nəticəsində 53340 yerli sakin min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salındı, 511 dinc insan qətlə yetirildi, yüzlərlə adam şikəst oldu, 321 nəfər əsir götürüldü və itkin düşdü. Ermənilər rayonu talan edib yandırdılar. 130 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi.
Bütün bu əzab-əziyyətlərə rəğmən azərbaycanlılar Kəlbəcərdəki kəndlərə ziyan vurmamışdılar. Kəlbəcərin öz əhalisi evini heç vaxt yandırmazdı, çünki bu onların dədə-baba ocağı, ana vətəni, torpağı idi. Hazırda BMT səviyyəsində hüquqları qorunaraq öz yerlərinə qaytarılan gəlmə ermənilər isə xeyli müddət yaşadıqları evləri yandıraraq zərər vurmaqla məşğuldurlar. Vətəni olmayan ermənilər üçün isə bunu etmək heç də çətin bir şey deyil. Çünki onların bu torpaqlarla mənəvi bağları yoxdur. Bu isə bir daha onu göstərir ki, Azərbaycan torpaqlarının həqiqi sahibləri onlar yox, bizik.
Xəyalə MURADLI
Azərbaycan.- 2020.-17 noyabr.- S.6.