Erməni vəhşiliyi sərhəd tanımır

 

Faşist xislətli vandallar təkcə insanlığa deyil, bütün canlı aləmə, təbiətə qənim kəsiliblər

 

Erməni vandallığı tarixin heç bir mərhələsində sərhəd tanımayıb. Dəhşətlidir ki, bu vəhşilər təkcə insanlığa deyil, kainatdakı bütün canlı aləmə qarşı qırğın, soyqırımı törətməkdən hər zaman böyük zövq alıblar. Və dünyadakı heç bir canlıya xas olmayan vəhşilikləri etdikcə, daha da azğınlaşıblar. Müəllifi olduqları ağlasığmaz terrorların cəzasız qalması isə, onların daha da quduzlaşmasına şərait yaradıb.

Çox təəssüf ki, bu cür qaniçən bir düşmənlə qonşuluqda yaşamaq və illərlə bu vandalların zülmünə sinə gərmək kimi müşkül bir taleyi olub Azərbaycan xalqının. Zaman-zaman onların törətdikləri faciələrin qurbanına çevrilmişik, tarixi dədə-baba yurdlarımızdan məcburən çıxarılmışıq, əsirə, qaçqına, köçkünə çevrilmişik.

Dünyaya qan tökmək missiyası ilə gələn faşist ideologiyalı ermənilər törətdikləri 1918-ci il mart soyqırımı, 1992-ci il 26 fevral - Xocalı soyqırımı, əsir götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər heç kəsin yadından çıxmayıb.

Amma dəfələrlə vurğulandığı kimi, erməni vandalları törətdikləri bu müsibətlər zamanı təkcə insanlığı hədəf almayıb, bütün canlı aləmə qənim kəsiliblər. Meşələri qırıb, çayların məcrasını dəyişib, münbit torpaqlarımızın səhralaşmasına şərait yaradıb, təbii sərvətlərimizi talayıb, ümumiyyətlə min illərin formalaşdırdığı zəngin ekosistemimizə ağır zərbə vurublar.

 

Məzarlarımızla da düşmənçilik aparırlar

 

Şanlı ordumuz işğal altında olan torpaqlarımızı erməni quldurlarından bir-bir azad etdikcə, bu mənfurların yurdlarımızı necə talan etdiklərinin bir daha şahidi olduq.

30 il boyunca cənnət Qarabağı viranəyə çevirib, talayıb, daşı daş üstündə qoymayıblar. Bu illər ərzində mənfurlar işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları, bütün tikililəri terrora məruz qoyub, yararsız hala salıblar. Mebel istehsalına yararlı bütün ağacları qırıb başqa ölkələrə satıblar, bir sözlə, təbiətimizə divan tutublar.

Məzarlıqları belə talamaqdan çəkinməyən bu rəzil xislətlilərin hətta qəbirlərdən insan sümüklərini eşib çıxarmalarının görüntülərini hər birimiz qəzəblə seyr etdik.

Ümumiyyətlə, ermənilərin qəbiristanlıqlarımıza, məzarlarımıza qarşı düşmənçilikləri bir başqa dəhşətli mövzudur. Nə diriyə, nə də ölüyə hörmət etməyən bu miskin varlıqların oktyabrın 15-də Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atması və mülki şəxsləri öldürməsi də erməni vandallarının imza atdıqları növbəti vandallıq aktları idi.

Amma haqq günü yetişdi və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz bir həmlədəcə Qarabağdan erməni quldurlarının zəhərli nəfəsini kəsməyə müvəffəq oldu. Noyabrın 10-da isə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Qarabağda hərbi əməliyyatları dayandıran üçtərəfli razılaşması imzalandı. Razılaşmaya əsasən, Ermənistan ordusu işğal altındakı Kəlbəcər rayonunu noyabrın 15-nə qədər (sonradan bu müddət 25 noyabra qədər uzadıldı), Ağdam rayonunu 20 noyabra qədər, Laçın rayonunu isə dekabrın 1-nə qədər tərk etməlidir.

Amma mənfur ermənilər biabırcasına məğlub olmalarını həzm edə bilməyərək, bu dəfə də hikkələrini yenidən daşa, qayaya, ağaca, mal-qaraya yönəltdilər. Elə bu iyrənc əməlləri ilə də indiyə qədər məharətlə ört-basdır etməyə çalışdıqları murdar sifətlərini bütün dünyaya bir daha nümayiş etdirdilər.

 

Dünyanı indi dəhşətə salan erməni vəhşiliyinə biz çoxdan bələdik

 

Dünya bu vandalların 27 il ərzində qanunsuz məskunlaşdıqları doğma yurdumuzdan, Kəlbəcərdən son gedişlərində qəsdən meşələrə, evlərə, məktəblərə, tibb məntəqələrinə od vurmalarına, məbədlərimizi talan etmələrinə, heyvanları kəsərək içalatlarını çölə tökmələrinə dəhşətlə tamaşa etdi. Və həyatdakı yeganə sevgi ünvanları unitazlara qarşı qayğı, diqqət və məhəbbətlərinə mat-məəttəl qaldı...

Dünya bu namərdlərin noyabrın 20-də tərk etməli olduqları Ağdamda mülki yaşayış məntəqələrini və meşələri yandıraraq, Kəlbəcərdəki əməllərini indi bu rayonumuzda təkrarlamalarının şahidi oldu.

Əslində isə dünyanın indi təəccübləndiyi çirkin erməni əməllərinə biz çoxdan bələdik. Bütün bunlar cilddən-cildə, dondan-dona bürünən məkrli erməni vəhşiliyinin əsl təzahürüdür. Bu vandal tayfanın qavramında insan anlayışı yoxdur. Çünki hər zaman nə insanlıqları olub, nə də vətənləri. Amma gördükləri, köçdükləri bütün əraziləri asanlıqla özlərinin yaşadıqları ərazi hesab ediblər...

Bəli, vətən yox, sadəcə yaşadıqları ərazi. Buna görə də həmin əraziləri tərk etdikdə belə həmin yerləri yandırmaqdan, dağıtmaqdan heç bir mənəvi əzab çəkmirlər. Etiraf etməsələr də, bilirlər ki, "özgə atına minən, tez düşər”.

Amma 1993-cü ildə Kəlbəcəri, Ağdamı tərk edən sakinlərimiz belə idimi?! Xeyr! Axı insan öz dədə-baba yurduna necə qıya bilər, necə əli gələr ki, min illərdir qoynunda formalaşdığı doğma torpağa, təbiətə xətər yetirsin?!

Bütün məcburi köçkünlərimiz kimi, kəlbəcərlilər, ağdamlılar da düz 27 il əvvəl içi dolu sağ-salamat qoyduqları evlərinin qapısını bağlayaraq, sadəcə açarlarını özləri ilə götürmüşdülər. Bilirdilər ki, bu ayrılıq müvəqqətidir və mütləq bu ağrı-acılı gedişin möhtəşəm qələbə ilə dönüşüolacaq.

 

Düşmən əməllərinin cavabını verəcək

 

Noyabrın 16-da Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən erməni vandallarının bu cinayətlərinə bir daha diqqət çəkdi: "Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir - evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var”.

Qarabağa qalibiyyət səfəri edən müzəffər sərkərdəmiz onların törətdikləri bu iyrənc əməllərə göz yumulmayacağını, törətdikləri vəhşiliklərə görə cavab verəcəklərini də bəyan etdi: "Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”.

Bəli, erməni faşistləri Kəlbəcərdə, Ağdamda əl atdıqları bu murdar əməllərə görə də, 27 il ərzində zorla işğal altında saxladığı Azərbaycan rayonlarını talayıb viran qoyduğuna görə də beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar.

Bu qatillər yüz minlərlə azərbaycanlının haqqını tapdalayaraq yurdundan qovduğu, məcburi köçkünə çevirdiyi, əsir götürdüyü insanlarımızı zülmlərə, işgəncələrə məruz qoyduğu, xalqımıza qarşı soyqırımları törətdiyi üçün mütləq haqq divanına çəkiləcək.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-20 noyabr.- S.1; 9.