Yurd həsrətlilər
doğma yerlərə rahat
yollarla dönəcəklər
İşğaldan azad edilmiş ərazilərdə
yeni infrastrukturun
qurulmasına başlanıb
Hələ qədim zamanlardan müdriklər deyiblər ki, abad kənd yolundan bəlli olar. Müasir dünyamızda isə yollar olmadan heç bir inkişaf və tərəqqidən söhbət gedə bilməz.
Azərbaycanda ən müasir infrastruktur yaradılmasına önəm verən Prezident İlham Əliyev yeni yolların çəkilməsinə də xüsusi diqqət ayırır.
Həm də söhbət geniş mənada yollardan gedir. Son illər Azərbaycanda təkcə
kəndlər, rayonlar
və şəhərlər
arasında deyil, eləcə də ölkəmizi qonşu dövlətlərin ərazisi
ilə birləşdirən
yeni rahat yollar çəkilib.
Azərbaycan həmçinin Şərq-Qərb,
Şimal-Cənub marşrutlarının
qovşağına çevrilib.
Qaradağ rayonunun Ələt
qəsəbəsində tikilmiş
yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanda avtomobil, su və dəmir
yollarının bir-birinə
qovuşmasına imkan
verir.
Regionların sosial-iqtisadi inkişafına
yönəldilən I Dövlət
Proqramının həyata
keçirilməyə başlandığı
vaxtdan ölkəmizdə
hər il
ən azı 1000 kilometr yeni avtomobil
yolu salınıb, köhnələri əsaslı
təmir edilib. Dünyanı sınağa çəkən
və Azərbaycandan da yan keçməyən
koronavirus pandemiyasının
yaratdığı çətinliklərə
baxmayaraq, Prezident İlham Əliyev hələ virusun yayıldığı ilk günlərdən
bəyan edib ki, heç bir infrastruktur layihəsi ixtisar edilməyəcək.
Beləliklə, bu il
yeni salınmış
neçə-neçə yol
istifadəyə verilib.
Dövlət başçısı paytaxtda, eləcə də rayonlara səfərləri çərçivəsində
onlardan çoxunun açılışında iştirak
edib. Bundan əlavə, bir
sıra yeni yolların salınması,
əsaslı şəkildə
təmir olunması və həmin məqsədə vəsait
ayrılması üçün
də sərəncamlar
imzalanıb.
İndi biz erməni vandallarının
işğalından azad
etdiyimiz ərazılərimizə
də yeni, müasir yollar çəkirik. Öz dağıdıcılıq, talançılıq xislətindən
əl çəkməyən
düşmən qoy baxıb xar olsun.
Bu işlərə Tərtər
rayonunun Suqovuşan və Talış kəndlərinə gedən
avtomobil yollarının
bərpasından başlanıb. Azərbaycan Avtomobil
Yolları Dövlət
Agentliyinin məlumatına
görə, ümumi uzunluğu 29 kilometr olan avtomobil yolları IV texniki dərəcəyə uyğun
bərpa edilir.
Suqovuşan və Talış kəndlərinə gedən
avtomobil yolları uzun müddət düşmən tapdağı
altında olduğundan
tamamilə sıradan çıxıb və dağılıb. Yolun yenidən inşası
üçün oradan
yararsız qruntun qazılaraq çıxarılması,
əks-dolğunun aparılması,
torpaq yatağının
bərpa olunması və digər işlər daxildir ki, onlar da
müvəffəqiyyətlə yerinə yetirilməkdədir.
Prezident
İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə
yol çəkilişi
ilə bağlı da göstəriş verib. Artıq bu yolun tikintisi gedir.
Noyabrın 16-da Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən
Füzuli və Cəbrayıl şəhərlərində
olarkən layihənin
icrasının gedişi
ilə tanış olublar.
Prezident İlham Əliyev bu yolun əhəmiyyətini qeyd edərək deyib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir”.
Prezidentin noyabrın 17-də imzaladığı sərəncamda deyilir: "Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılsın”.
Füzulidə olarkən dövlət başçısı yolun təməlqoyma mərasiminin həm də böyük rəmzi məna daşıdığını qeyd edib. Çünki əvvəllər belə bir yol olmayıb. Sovet vaxtında Şuşaya yol Ağdam ərazisindən gedib. O, Ağdam-Xankəndi-Şuşa yolu olub. İndi həmin yoldan istifadə etmək hələ ki, mümkün deyil.
Yeni yol çox rahat, geniş olacaq və Şuşaya rahat gediş-gəlişə imkan verəcək.
Beləliklə, ata-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin icrası istiqamətində uğurlu addımların atılmasına başlanıb. Yurd həsrətli insanlarımız və işğaldan azad edilmiş torpaqlara qurub-yaratmaq missiyası ilə qədəm qoyan strukturların nümayəndələri o yerlərə eləcə də yeni çəkilmiş rahat yollarla gedəcəklər.
Flora SADIQLI,
Azərbaycan.-2020.- 22 noyabr.- S.1;8.