Azərbaycan
Respublikası Prezidentinin “Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında” 2009-cu il 14 may tarixli 93 nömrəli,
“Patent haqqında” Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında” 2009-cu il 21 dekabr tarixli 190 nömrəli,
“Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2013-cü il 22 noyabr tarixli 822- IVQD nömrəli
Qanununun tətbiqi haqqında” 2013-cü il 27 dekabr tarixli
63 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 27 dekabr tarixli
64 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Patent haqqında”, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və "İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 5, maddə 325) 2-ci hissəsi ləğv edilsin.
2. "Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 190 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 978) 2-ci hissəsi ləğv edilsin.
3. "Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 12, maddə 1530) 3-cü hissəsi ləğv edilsin.
4. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 12, maddə 1531) 3-cü hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2020-ci il
Azərbaycan.-2020.- 22 noyabr.- S.3.