Azərbaycan
Respublikası Prezidentinin “Patent
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2012-ci il 29 may tarixli 372-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” 2012-ci il 6 iyul tarixli
670 nömrəli və “Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2012-ci il
29 may tarixli 373-IVQD
nömrəli Qanununun tətbiqi
haqqında” 2012-ci il 6 iyul
tarixli 671 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Patent haqqında”, "Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında”
və "İxrac nəzarəti haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1.
"Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2012-ci il
29 may tarixli 372-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyul tarixli 670 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 7, maddə
679) 3-cü hissəsi ləğv
edilsin.
2. "Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2012-ci il 29 may tarixli
373-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyul tarixli 671 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 7, maddə 680) 3-cü hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr
2020-ci il
Azərbaycan.-2020.- 22 noyabr.- S.3.