Ordumuz haqq savaşında qalibdir

 

 

Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan, 44 gün davam edən ordumuzun əks-hücum əməliyyatı qələbə ilə başa çatdı. Qəhrəman Azərbaycan əsgəri son sözünü döyüş meydanında dedi. İllərdir erməni faşistləri tərəfindən işğal olunan tarixi torpaqlarımız azad olundu. Bu gün o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır.

 

Xalqımız bu günlər ağır sınaqdan başıuca, alnıaçıq çıxdı. Ali Baş Komandanının ətrafında sıx birləşdi, ordusunun yanında oldu. Qəlbi cəbhədə döyüşən əsgər övladları ilə döyündü. Biz döyüşçülər Ali Baş Komandanımızdan, xalqımızdan güc aldıq, döyüşlərə, yeni-yeni qələbələrə ruhlandıq, torpaqlarımızı yağılardan təmizlədik. Bu gün Azərbaycanımızın başı üzərində qalibiyyət bayrağı dalğalanır. Erməni silahlı birləşmələrinin işğal etdikləri kəndlərimiz, şəhərlərimiz, yaşayış məntəqələrimiz azad olunub. Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdamdan erməni işğalçıları qovulub çıxarılıb. Qədim Şuşamız da düşmən əsirliyindən xilas edilib. Üçrəngli bayrağımız Şuşa qalasına sancılıb. Ərazi bütövlüyümüz bərpa olunub. Ordumuz haqq savaşında qalibdir. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!

 

Rəşid TANRIVERDİYEV,

Gizir

Azərbaycan.-2020.- 22 noyabr.- S.9.