Paşinyan repressiyanı davam etdirir
Günlərdir Yerevanda davam edən etirazların qarşısını hakimiyyət
oqranları qeyri-adekvat
güc tətbiqi və zorakılıqla almağa çalışırlar.
Buna paralel olaraq Ermənistan cəmiyyətinin N.Paşinyan
iqtidarından narazılığı
artan xətt üzrə inkişaf edir. Aksiyalarda iştirak edənlərə
qarşı repressiv tədbirlərə, onlara
qarşı terrora baxmayaraq etirazlar səngimir.
Belə
getsə, vətəndaş
müharibəsi qaçılmaz
olacaq
İki həftəyə
yaxındır davam edən aksiyalar artıq özünün daha gərgin və həlledici mərhələsinə qədəm
qoyub. Etiraz edənlərin yeganə
tələbi Paşinyanın
hakimiyyətdən getməsidir.
Bu baş tutmasa,
Ermənistanda vətəndaş
müharibəsi qaçılmaz
olacaq.
"İravunk” qəzetinin
bununla bağlı reportajında qeyd olunur ki, aksiyanın
əsas fəallarından
olan Suren Baqdasaryan kütləvi etirazlara çağırışlarına
görə həbs olunub. Onun ailə üzvləri
işdən çıxarılıb.
Etirazçının qardaşı Arşak Baqdasaryan bildirib ki, Suren hazırda
polis bölməsində saxlanılır
və ən ağır işgəncələrə
məruz qalır.
Hərbi tibb bacısı Anait Ohanyan hərbidəki
çatışmazlıqlarla bağlı müxalifətin
mitinqində çıxışından
sonra hökumətin təqiblərinə məruz
qalıb. Ohanyan İkinci Qarabağ
savaşında Azərbaycan
Ordusu tərəfindən
məhv edilən mayor
Mkrtıç Ohanyanın
anasıdır.
Reportajda bildirilir ki, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlə
ölçülür. Vurğulanır ki, bu həbslər
Ermənistanda etirazların
qarşısını ala bilməyəcək
və hakimiyyətə
qarşı çıxanların
sayı artacaq.
Siyasi ekspertlər
hesab edirlər ki, xalqla hakimiyyət
arasında hansısa dialoq əsla baş tutan deyil. Erməni politoloq
Armen Qasparyanın sözlərinə görə,
hakimiyyət polisə
və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün
cəmiyyət iqtidara
inanmalıdır. İndi bu
inam yoxdur. Ermənistan baş naziri legitimliyini itirib. Onsuz da, onun legitimliyi
yox idi. İndi o nə xarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə
bilir”.
Politoloqun
fikrincə, siyasi partiyalar vəziyyətdən
sui-istifadə etməyə
can atmaq əvəzinə
böhrandan çıxış
yolunu aramalıdır:
"Problemin həlli N.Paşinyanın mövqeyində
yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir.
Cəmiyyət isə indiki
hakimiyyətin iqtidardan
getməsini tələb
edir və bu hal Paşinyan
komandasının durumunu
daha da ağırlaşdırır”.
İttihamlar həm də baş nazirin həyat yoldaşına qarşıdır
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan
ordunun cənub korpusunun Paşinyanın arvadına görə məğlub olduğunu bildirib. Bununla bağlı "4rd.am” saytına açıqlamasında
o deyib ki, dövlətin hava hücumundan müdafiə
sisteminin də etibarlı olmadığı
üzə çıxıb.
Keçmiş baş nazir, həmçinin Ermənistan
prezidenti Armen Sarkisyanı korrupsiyada və ölkənin mineral
ehtiyatlarını qarət
etməkdə günahlandırıb. Bundan əlavə,
Q. Baqratyan Ermənistan
prezidentinin xarici kəşfiyyatın gizli agenti olduğuna əminliyini bildirib. Q.Baqratyan Paşinyanın hakimiyyətdəki
günlərinin bitdiyinə
və onun qaçılmaz istefasının
əvvəldən gözlənilən
bir nəticə olduğuna inandığını
da deyib.
"Daşnaksütyun” partiyasının təmsilçisi
Lilit Qalstyan isə "Facebook” səhifəsində yazıb
ki, Nikol Paşinyan nəinki Ermənistanın məğlubiyyətinin,
həmçinin alçaldılmış
dövlətçiliyinin rəmzidir.
İşğal siyasətinin nəticəsi
olan kapitulyasiya
Ermənistanın Milli Təhlükəsizlik
Xidmətinin keçmiş
rəhbəri və ölkə prezidentinin Qarabağ nizamlanması üzrə sabiq xüsusi nümayəndəsi
(1994-1995-ci illər) David Şahnazaryan
"Sputnik Ermənistan”a verdiyi
müsahibəsində deyib
ki, Nikol Paşinyanın baş nazir postunu tutduğu
ilk gündən onun istefasını tələb
edib. "Bütün bu müddət ərzində danışıqlar
prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə
fasiləsiz olaraq məlumat verir, hansı daxili dəyişikliklərin baş
verdiyini söyləyirdim.
Güc strukturlarının məqsədyönlü
şəkildə necə
dağıdıldığını izah etməyə çalışırdım - özü
də söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən
getmirdi. Söhbət həm hüquq mühafizə orqanlarından,
həm də ordudan gedirdi. Dövlət
mexanizmində baş verən qanunazidd proseslərdən danışırdım.
Qarabağa gəlincə,
Paşinyanın, hətta
Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamlama layihəsinə belə nail
ola bilməyəcəyi
artıq o zaman aydın idi”.
Şahnazaryanın sözlərinə görə, Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparıb ki, Azərbaycanın müharibəyə başlamaq üçün getdikcə daha çox bəhanəsi olub: "Əslində sonda elə onun da şahidi olduq. Başımıza gələnlər xalqımızın tarixində baş verən ən faciəli hadisədir”.
David Şahnazaryan müharibədəki səhvlərdən, ön xətlə bağlı yalan məlumatlar verilməsindən, döyüşlərə siyasi naşıların rəhbərlik etməsindən, texnika baxımından rəqibdən zəif olmalarından və bütün bunların sonda biabırçı məğlubiyyətə gətirdiyindən danışaraq bildirib ki, Yerevanda çox böyük etiraz aksiyalarının olacağını gözləyirmiş: "Mən düşünürdüm ki, Yerevan qaynayacaq. Amma yox. Bu baş vermədi... bu günlərdə tanışlarım məndən xahiş etdilər ki, nəticədə həqiqətən nə baş verdiyini aydın və ətraflı şəkildə izah edim. Dedim ki, artıq Şuşada muğam səslənir. Daha nə izah? Bu, həqiqətən, biabırçı kapitulyasiyadır, amma ən dəhşətlisi odur ki, Paşinyan və komandası hətta indi də hakimiyyətdən əl çəkmək istəmirlər. Sükanı əllərində saxlamağa çalışırlar. Siyasi təqiblər ara vermir”.
"Milli xain və onun marioneti”
Konstitusiya eksperti Qoar Meloyan "Facebook” səhifəsində yazıb ki, Azərbaycan 120-dən çox diplomat, hərbi attaşe və beynəlxalq təşkilatların əməkdaşlarının Füzuli şəhərinə səfərini təşkil edib. Azərbaycan hakimiyyətinin məqsədi ermənilər tərəfindən tamamilə dağıdılmış Füzuli şəhərini göstərmək və bizi təcavüzkar kimi təqdim etməkdir.
O vurğulayıb ki, Azərbaycan sonradan Ermənistandan 50 milyard dollarlıq zərərin əvəzinin ödənilməsini tələb etmək niyyətindədir: "Müharibə zamanı Azərbaycan hakimiyyəti Gəncə və Bərdə şəhərlərinə də analoji səfərlər təşkil edib. Bəs bizim iqtidar nə edir? Heç bir şey. Bu arada milli xain (Nikol Paşinyan - red.) və onun marioneti - milli kloun (Qarabağ separatçılarının lideri Araik Arutyunyan - red.) hökumət binasında görüşürlər”.
Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət ağır olaraq qalır. İşğal siyasətinin qurbanı olan bu ölkə indi öz mövcudiyyətinin ən ağır dövrünü yaşayır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2020.- 24 noyabr.- S.1;6.