Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində,
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində, “Yerli
(bələdiyyə) vergilər və ödənişlər
haqqında” və “Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci, 6-cı, 10-cu, 15-ci, 17-ci, 21-ci və
27-ci bəndlərini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 17, ¹ 5, maddə
323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə
279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə
761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹
2, maddə 64, ¹ 12, maddə
1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə
439, ¹ 6, maddə 560, ¹ 7, maddə
712, ¹ 8, maddə 756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə
75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr
583, 619, ¹ 12, maddələr 1096, 1105; 2012,
¹ 5, maddə 411, ¹ 6, maddə
511; 2013, ¹ 5, maddə 472, ¹ 6, maddə 625, ¹ 11, maddələr
1266, 1307; 2015, ¹ 6, maddə 677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə
836, ¹ 6, maddə 1016, ¹ 11, maddələr
1761, 1763, ¹ 12, maddə 2047; 2017, ¹ 2, maddə 155, ¹ 4, maddə
523, ¹ 5, maddələr 706, 750, ¹ 11, maddələr 1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8, maddə
1672, ¹ 11, maddələr 2209, 2225, ¹ 12 (I kitab), maddələr 2524,
2534; 2019, ¹ 1, maddə 23, ¹ 5, maddələr 792, 812, ¹ 7, maddə
1197, ¹ 12, maddələr 1897, 1907; 2020, ¹ 7,
maddə 832) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
305.1.12-ci maddəyə "vergi ödəyicisi” sözlərindən sonra
"və ya sığortaedən” sözləri
əlavə edilsin;
1.2.
40-2-ci fəslin adına, 355-6-cı maddənin
mətninə, 355-7.1-ci və
355-7.4-cü maddələrə "Vergi ödəyicisi” sözlərindən sonra
"və ya sığortaedən” sözləri
əlavə edilsin;
1.3.
355-5.1-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"355-5.1.
Vergi ödəyicisi və ya sığortaedən
vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini
qanunla müəyyən
edilmiş hallarda və müddətlərdə
yerinə yetirmədikdə,
hesablanmış vergilər,
məcburi dövlət
sosial sığorta, icbari tibbi sığorta
və işsizlikdən
sığorta haqları
üzrə borcların
və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının
ödənilməsini təmin
etmək üçün
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) fiziki şəxslərin və ya hüquqi
şəxslərin icra
orqanının rəhbərinin
ölkədən getmək
hüququnun müvəqqəti
məhdudlaşdırılması barədə məhkəməyə
müraciət etmək
hüququna malikdir.”.
Maddə 2. Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 4 (II kitab),
maddə 251, ¹ 5, maddə
323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə
455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə
326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr
424, 425, ¹ 12 (I kitab), maddə
676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə
321, ¹ 8, maddə 598, ¹ 10, maddə
762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə
462, ¹ 7, maddə 575, ¹ 10, maddə
904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə
390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007,
¹ 2, maddə 68, ¹ 5, maddə
398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr
937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090,
¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr
454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr
1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə
953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr
275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 5, maddə
472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə
1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr
666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə
14, ¹ 2, maddə 102, ¹ 4, maddə
364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr
1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə
327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr
504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692,
¹ 11, maddələr 1253, 1268, 1289, 1298, ¹
12, maddələr 1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653, ¹ 5, maddə 845, ¹ 6, maddələr
993, 1001, ¹ 12, maddələr 1983, 1999, 2008,
2019, 2038, 2048; 2017, ¹ 2, maddə 161, ¹ 3, maddə 330, ¹ 5, maddələr
694, 696, 702, 733, ¹ 7, maddələr 1268,
1271, 1293, ¹ 11, maddələr 1968, 1978, ¹ 12
(I kitab), maddə 2231;
2018, ¹ 3, maddə 403, ¹ 5, maddə
861, ¹ 6, maddə 1154, ¹ 7 (I kitab),
maddə 1441, ¹ 10, maddə
1972, ¹ 11, maddə 2213, ¹ 12 (I kitab), maddə 2472; 2019, ¹
4, maddə 586, ¹ 7, maddə
1201, ¹ 8, maddə 1367; 2020, ¹ 3, maddə 223, ¹ 5, maddə
518, ¹ 7, maddə 832, ¹ 8, maddə
1010) aşağıdakı dəyişikliklər edilsin:
2.1.
205-1-ci maddə üzrə:
2.1.1. adına "markalarının” sözündən
sonra "və məcburi nişanların”
sözləri əlavə
edilsin;
2.1.2. dispozisiyası aşağıdakı redaksiyada
verilsin:
"Saxta aksiz markalarını
və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları
ilə markalama və ya məcburi
nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə
satış obyektindən
istehlak məqsədilə
əldə etmə istisna olmaqla, saxta aksiz markaları
ilə markalanmış
və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları
əldə etmə, saxlama və ya satma -”;
2.1.3.
"Qeyd” hissəsində
"məhsulları (malları)”
sözləri "və
ya saxta məcburi nişanlama ilə nişanlanmış
malları” sözləri
ilə, "məhsulların
(malların)” sözləri
"malların” sözü
ilə əvəz edilsin;
2.2.
213-1-ci maddə üzrə:
2.2.1. adı aşağıdakı
redaksiyada verilsin:
"Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə
saxlama, istehsal binasının hüdudlarından
kənara çıxarma
və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı”;
2.2.2.
213-1.1-ci maddədə "məhsulları (malları)”
sözləri "malları”
sözü ilə əvəz edilsin və həmin maddəyə "olmadan” sözündən sonra
"və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan” sözləri
əlavə edilsin;
2.2.3.
213-1.3-cü maddədə "məhsulları (malları)”
(birinci halda) sözləri "və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları” sözləri ilə, "məhsulları
(malları)” (ikinci halda) sözləri "malları” sözü ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan
Respublikası Miqrasiya
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12,
maddə 1539; 2015, ¹ 3, maddə
259, ¹ 6, maddə 689, ¹ 12, maddə
1436; 2016, ¹ 2 (II kitab), maddə
214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə
1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə
386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab),
maddə 1434; 2019, ¹ 1, maddə
23, ¹ 7, maddə 1191, ¹ 8, maddə
1380, ¹ 11, maddə 1686; 2020, ¹ 5, maddə 523, ¹ 6, maddə
676, ¹ 7, maddə 832) 9.3.6-1-ci və 17.1.6-1-ci maddələri
aşağıdakı redaksiyada
verilsin:
"9.3.6-1.
vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini
qanunla müəyyən
edilmiş hallarda və müddətlərdə
yerinə yetirmədikdə,
hesablanmış vergilər,
məcburi dövlət
sosial sığorta, icbari tibbi sığorta
və işsizlikdən
sığorta haqları
üzrə borcları
və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını
ödəməməsinə görə vətəndaşın
ölkədən getmək
hüququnun müvəqqəti
məhdudlaşdırılması barədə məhkəmənin
qanuni qüvvəyə
minmiş qərarı
olduqda - məhdudlaşdırmanın
götürülməsi barədə
qərar qəbul edilənədək;”;
"17.1.6-1.
vergi ödəyicisi və ya sığortaedən
vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini
qanunla müəyyən
edilmiş hallarda və müddətlərdə
yerinə yetirmədikdə,
hesablanmış vergilər,
məcburi dövlət
sosial sığorta, icbari tibbi sığorta
və işsizlikdən
sığorta haqları
üzrə borcları
və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını
ödəməməsinə görə onların ölkədən getmək
hüququnun müvəqqəti
məhdudlaşdırılması barədə məhkəmənin
qanuni qüvvəyə
minmiş qərarı
olduqda - məhdudlaşdırmanın
götürülməsi barədə
qərar qəbul edilənədək;”.
Maddə 4. Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1168, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 44, ¹ 3, maddələr 374, 389, ¹
4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381,
1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹
12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222, ¹ 5, maddələr
505, 515, 519, ¹ 6, maddələr 670, 672, 681,
¹ 7, maddələr 838, 841, 846, 854, ¹ 8, maddələr 1008, 1011; Azərbaycan
Respublikasının 2020-ci il
7 avqust tarixli 164-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
4.1.
460-cı maddənin adına
və dispozisiyasına
"işsizlikdən sığorta”
sözlərindən sonra
", icbari tibbi sığorta” sözləri
əlavə edilsin;
4.2. 508-ci
maddə üzrə:
4.2.1. adında "məhsulların
(malların)” sözləri
"malların” sözü
ilə əvəz edilsin və adına "olmadan” sözündən sonra
"və məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan”
sözləri əlavə
edilsin;
4.2.2. dispozisiyasında "məhsulların
(malların)” sözləri
"malların” sözü
ilə əvəz edilsin və dispozisiyasına "olmadan”
sözündən sonra
"və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan” sözləri
əlavə edilsin;
4.2.3. sanksiyasında "olmayan məhsullar (mallar)” sözləri "və ya məcburi
nişanı olmayan mallar” sözləri ilə əvəz edilsin.
Maddə 5. "Yerli
(bələdiyyə) vergilər
və ödənişlər
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 4 (I kitab), maddə
155; 2008, ¹ 6, maddə 462; 2014, ¹ 8, maddə 955; 2016, ¹ 11, maddə
1778; 2017, ¹ 7, maddə 1265; 2018, ¹ 11, maddə 2224) 5.1-ci maddəsindən
"avtomobil və özüyeriyən təkərli
texnika,” sözləri
çıxarılsın.
Maddə 6. "Nağdsız
hesablaşmalar haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 12, maddə
2053; 2017, ¹ 7, maddə 1288; 2019, ¹ 1, maddə 28; 2020, ¹ 5, maddə
527) 3.3-cü maddəsindən "ticarət və (və ya)” sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2020-ci il
Azərbaycan.-2020.-
24 noyabr.- S.2.