Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və həmin Qanunla
təsdiq edilmiş Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il
25 avqust tarixli 387
nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il
22 aprel tarixli 744
nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
və bu Qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” 2000-ci il 30 avqust
tarixli 393 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
"Yerli (bələdiyyə)
vergilər və ödənişlər haqqında”
və "Nağdsız
hesablaşmalar haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 183-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 387 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə
413, ¹ 8, maddə 478, ¹ 9, maddə
563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə
345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə
799, ¹ 12, maddə 1101; 2006, ¹ 8, maddə 676, ¹ 11, maddə
935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə
865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr
531, 534; 2010, ¹ 7, maddə 615; 2011, ¹ 11, maddə 999; 2013, ¹ 5, maddə
509, ¹ 6, maddə 649, ¹ 8, maddə
900; 2014, ¹ 4, maddə 348, ¹ 6, maddə 625; 2015, ¹ 12, maddələr
1450, 1461; 2016, ¹ 4, maddələr 667, 669, ¹
10, maddə 1644; 2017, ¹ 3, maddə
353, ¹ 5, maddə 814, ¹ 7, maddə
1321; 2018, ¹ 3, maddə 444, ¹ 4, maddə 680, ¹ 6, maddə
1219, ¹ 9, maddələr 1824, 1832, ¹ 10, maddə 2004, ¹ 11, maddə
2271; 2019, ¹ 4, maddə 648, ¹ 7, maddə 1241) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
3-cü hissənin on beşinci
abzasına "vergilərin”
sözündən sonra
", işsizlikdən sığorta
və ya məcburi dövlət sosial sığorta haqlarının” sözləri
əlavə edilsin və həmin abzasda "Vergilər” sözü "İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat” sözləri
ilə əvəz olunsun;
1.2.
4-cü hissədə "(Saxta aksiz markalarını
hazırlama, əldə
etmə və ya satma)” sözləri
"(Saxta aksiz markalarının və məcburi nişanların
dövriyyəsi)” sözləri
ilə, "(Aksiz markası ilə markalanmalı olan məhsulları (malları)
belə marka olmadan satmaq, satış məqsədilə
saxlanma, istehsal binasının hüdudlarından
kənara çıxarma
və idxal etmə, belə məhsulların (malların)
nağd qaydada alqı-satqısı)” sözləri
"(Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə
saxlama, istehsal binasının hüdudlarından
kənara çıxarma
və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı)”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22
aprel tarixli 744 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 4, maddə 258, ¹ 12, maddə
1058; 2009, ¹ 2, maddə 75, ¹ 7, maddə 532, ¹ 8, maddə
618, ¹ 10, maddə 776; 2010, ¹ 2, maddə 88, ¹ 7, maddə
610, ¹ 8, maddə 717, ¹ 9, maddə
770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012, ¹ 8, maddə
787; 2013, ¹ 9, maddə 1046, ¹ 11, maddələr 1321, 1339; 2014, ¹ 2, maddə 122, ¹ 9, maddələr
1027, 1062; 2015, ¹ 2, maddə 121, ¹ 5, maddələr 521, 543, ¹ 9, maddə
989; 2016, ¹ 2 (II kitab), maddə
228, ¹ 3, maddə 470, ¹ 5, maddələr
869, 879, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1643, ¹ 11, maddə
1816; 2017, ¹ 2, maddələr 173, 185, ¹ 5, maddələr 776, 817, ¹ 8, maddə
1521; 2018, ¹ 2, maddə 189, ¹ 3, maddə 449, ¹ 4, maddələr
662, 682, ¹ 8, maddə 1688, ¹ 9, maddə 1840, ¹ 10, maddə
1985, ¹ 11, maddə 2264, ¹ 12 (I kitab), maddələr 2565,
2585; 2019, ¹ 6, maddə, 1009; 2020, ¹ 6, maddə 705) ilə təsdiq edilmiş "Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi
haqqında Əsasnamə”nin
8.20.2-ci yarımbəndi aşağıdakı
redaksiyada verilsin:
"8.20.2. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi.”.
3. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə 1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə 972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 10, maddə 780; 2010, ¹ 7, maddə 610; 2011, ¹ 7, maddə 631; 2013, ¹ 7, maddə 805, ¹ 11, maddə 1324; 2014, ¹ 4, maddə 359, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027, ¹ 10, maddə 1198, ¹ 11, maddələr 1390, 1420; 2015, ¹ 1, maddə 12, ¹ 12, maddə 1454; 2016, ¹ 2 (II kitab), maddələr 261, 265, ¹ 3, maddə 450, ¹ 5, maddə 882, ¹ 6, maddələr 1023, 1024, 1042, 1065, ¹ 7, maddə 1257, ¹ 9, maddə 1464, ¹ 11, maddə 1838, ¹ 12, maddə 2089; 2017, ¹ 5, maddələr 760, 811, 845, ¹ 7, maddə 1344, ¹ 8, maddə 1521; 2018, ¹ 9, maddələr 1830, 1843, ¹ 12 (I kitab), maddələr 2571, 2599; 2019, ¹ 8, maddələr 1396, 1407; 2020, ¹ 5, maddə 560) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə "23.1.15-4-cü” və "50.1.9-cu” sözlərindən sonra "(aksiz markası ilə markalanmalı olan mallara münasibətdə)” sözləri əlavə edilsin;
3.2. 1.2-ci bəndə "23.1.15-2-ci” sözlərindən sonra ", 23.1.15-4-cü (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə)” və "38.6-cı” sözlərindən sonra ", 50.1.9-cu (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə)” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinet bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 noyabr 2020-ci il
Azərbaycan.-2020.- 24 noyabr.- S.2.