Müzəffər Ali Baş
Komandan, Siz rəşadətli Ordumuzla yeni tarix yazdınız,
yeni qəhrəmanlıq salnaməsi yaratdınız
Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Gürcüstanın Marneuli rayonundan Hacı Xəlilov yazır: “Hörmətli cənab Prezident, uzun illərdir işğal altında olan Qarabağ torpaqlarını azad etməklə Gürcüstan azərbaycanlılarına da böyük sevinc bəxş etdiniz. Bu böyük Qələbə münasibətilə Sizi və bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Allah Sizin və Azərbaycanın keşiyində duran əsgərlərimizin daim yardımçısı olsun! İnşallah!”.
Bakı şəhərinin sakini İsmayıl Rəhmanzadə: “Müzəffər Ali Baş Komandan İlham Əliyev, mənim 11 yaşım var. Biz hər gün televizordan müharibə barədə verilən məlumatları diqqətlə izləyirdik. Hər dəfə Qələbə xəbərlərini Sizdən eşidəndə çox sevinir və qürur hissi keçirirdik. Noyabrın 10-da isə müharibənin bitdiyini və böyük Qələbə xəbərini eşitdiyimiz zaman sevincimiz yerə-göyə sığmadı. Bizə bu Qələbə sevincini yaşatdığınız üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Cənab Prezident, mənim bir arzum var, o da böyük sevgimi Sizə bildirmək üçün bərk-bərk qucaqlayıb öpməkdir. Ümid edirəm ki, bu arzum ürəyimdə qalmaz. Məktubumu Sizin tarixə düşən sözlərinizlə bitirirəm. Qarabağ Azərbaycandır!”.
Şəkidən Səyalı Rəhimova: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mənim 97 yaşım var. Mən son 50 ildə sentyabrın 27-dən bu günə qədər olduğu kimi, sevindiyimi xatırlamıram. Otuz ilə yaxın müddətdə erməni faşistlərinin işğalı altında qalmış torpaqlarımızın azad olunması barədə Sizin televiziya ekranından xalqa verdiyiniz xəbərlər xalqımızda ruh yüksəkliyi yaratdı. Sizin möhtəşəm çıxışlarınızla yanaşı, döyüş tapşırıqlarını məharətlə yerinə yetirmiş qalib əsgərlərimizin əzmlə işğaldan azad etdikləri yerlərdə üçrəngli bayrağımızı sancıb, daha sonra Sizə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” deyə məruzələrini etmələri hər birimizin qəlbində qürur və sevinc hissini daha da artırırdı. Əlbəttə ki, müharibə olan ölkənin yaralısı və şəhidi olar. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza isə şəfa versin! Bu yaşıma qədər Qarabağda olmasam da, bu gün Qarabağın hər qarış torpağı alındıqca çox sevinirəm. Torpaq ulu babalarımızın əmanətidir, torpaqdan pay olmaz. Qarabağın hər qarışında əsgərlərimizin izləri, şəhidlərimizin canı, yaralılarımızın qanı var. Azadlıq ağacı şəhid qanı ilə suvarılar. Əminəm ki, Şuşanın işğaldan azad edilməsi xəbəri bütün dünya azərbaycanlıları və bütün türk dünyasını sevindirdi. Hamı bir-birini təbrik edir, gözaydınlığı verir, çünki bu, əlamətdar bir gündür. Müzəffər Ali Baş Komandan, Siz şücaətli, mətin Ordumuzla yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdınız. Bu gün bütün şəhidlərin və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhları şad olacaq. Allah başda Siz olmaqla, bütün zabit və əsgərlərimizi qorusun!”.
Lənkəran sakini Qalib Rəsulovun
məktubunda deyilir: “Çox hörmətli cənab Prezident,
icazənizlə Sizi, bütün xalqımızı, müzəffər,
igid, mərd Ordumuzu yeni tarixi Qələbə münasibətilə
öz adımdan, qəsəbəmizin bütün Qarabağ
veteran və qaziləri adından səmimi qəlbdən
təbrik edim, Sizə uzun ömür, firavanlıq, yeni-yeni zəfər
dolu xoş günlər, illər arzulayım. Cənab
Prezident, Sizə olan minnətdarlığımızı
sözlə izah etmək mümkün deyil. Çünki Siz xəbis,
qorxaq, yaltaq düşmənləri əzməklə
xalqın ürəyində özünüzə daha
böyük inam, Vətənə qarşı böyük məhəbbət
yaratmısınız, dövlətimizə zəfər,
Qələbə dolu sevincli günlər bəxş etmisiniz.
Bu Qələbə şəxsən mənə bir müharibə
əlili kimi aldığım yaraların
ağrı-acısını unutdurdu. Mənim
üçün bundan böyük hədiyyə ola bilməzdi.
Cənab Prezident, Sizin mübarizliyiniz, aqilliyiniz sayəsində
döyüş meydanında və informasiya mübarizəsində
qalib olmağınız göz önündədir. Bunu gələcəyimizi
əbədi nura boyayan əbədi liderimizin, Prezidentimiz
İlham Əliyevin sayəsində əldə etməyimizlə
fəxr edirik. Cənab
Prezident, mənim atam daim namaz zamanı Sizə dualar edir. Allah
Sizi qorusun! Eşq olsun Azərbaycan dövlətinə!
Qarabağ Azərbaycandır!”.
Tovuz
rayonundan Mehman Əmrahov yazır: “Hörmətli Prezident,
Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz, rəşadətli
ordumuzun və xalqımızın fəaliyyəti nəticəsində
Qafqazın incisi olan Şuşamız geri alındı,
böyük Qələbəmiz əldə olundu. Bu Qələbə ulu öndərimiz Heydər
Əliyev siyasətinin təntənəsi, Sizin yorulmaz fəaliyyətinizin
nəticəsidir. Siz Şuşanı
qaytarmaqla xalqımızın mənliyini, qeyrətini və
namusunu özünə qaytardınız. Bu milləti
özünü-özünə tanıtdınız, kim olduğunu göstərdiniz ki, bu da psixoloji
cəhətdən çox böyük amildir. Biz
inanırıq ki, Allahın köməyi, Sizin rəhbərliyinizlə
ordumuz qarşıya qoyulan bütün
tapşırıqları yerinə yetirəcək, son
daşımıza qədər hər bir yurdumuzu geri qaytaracaq.
Yaşasın müzəffər Ali Baş
Komandan, yaşasın müzəffər ordumuz, var olsun Azərbaycan
xalqı. Qarabağ Azərbaycandır!”.
Şirvan
sakini Cahangir Qasımov: “Hörmətli Prezident, Müzəffər
Ali Baş Komandan, Sizi və Sizin timsalınızda
bütün Azərbaycan xalqını ölkəmizin ərazi
bütövlüyü uğrunda başlanmış Vətən
müharibəsinin tam Qələbə ilə başa
çatdırılması münasibətilə təbrik edirəm.
Sizə uzun ömür, möhkəm
cansağlığı arzulayıram”.
Beyləqan
sakini Ramiz Ağayev: “Möhtərəm Prezident, Müzəffər
Ali Baş Komandan, mənim 63 yaşım var. Qarabağın
işğaldan azad olunmasını inanın ki, hər gecə
yuxumda görürdüm. Sizin komandanlığınız
və siyasi iradəniz sayəsində mənim yuxum gerçəkləşdi.
İnanın ki, hər dəfə Sizin
çıxışlarınıza baxdıqca sevincimdən
gözlərim yaşarır. Siz yenilməz sərkərdə,
Azərbaycanın atasısınız! Sizinlə fəxr
edirik! Çox qürurluyuq ki, Sizin kimi mərd Komandanımız
var. Allah şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə
şəfa versin. Siz erməni cəlladlarını
“iti qovan kimi” qovdunuz. Sizi bağrıma
basıb öpürəm. Mən dəmiryolçuyam.
Arxa cəbhədə öz vəzifəmi
canla-başla yerinə yetirirəm. Arzumdur
ki, Siz Beyləqana səfəriniz zamanı mənim
qonağım olasınız, bir fincan çay içməyə
imkan tapasınız. Allah Sizi, Ordumuzu və
xalqımızı qorusun!”.
Füzuli
sakini Elmira Əhmədova: “Möhtərəm Prezident, Müzəffər
Ali Baş Komandan, Sizə noyabrın 10-da bizə
yaşatdığınız Qələbə sevincinə
görə öz minnətdarlığımı bildirirəm.
Sizə bu çətin məsuliyyətli
işinizdə uğurlar arzulayıram. Ömrünüz
uzun, nailiyyətləriniz bol olsun! Allah Sizi
xalqımızın üzərindən əskik etməsin! Uca
Tanrım Sizi, Ordumuzu və bütün xalqımızı
qorusun!”.
Xocalı
sakini Mürsəl İsmayıllı: “Möhtərəm
Prezident, Müzəffər Ali Baş Komandan, Sizi bu möhtəşəm
Qələbə münasibətilə ürəkdən təbrik
edirəm. Bizə bu xoş günü
yaşatdığınız üçün sevincimizin həddi-hüdudu
yoxdur. İşğal altında olan
doğma torpaqlarımız rəhbərliyinizlə
şanlı Ordumuz tərəfindən erməni
işğalçılarından azad edildi. Sizin qətiyyətli siyasətiniz dövlətimizin ərazi
bütövlüyünü bərpa edilməsi ilə nəticələndi.
Allah Sizi və Mehriban xanımı qorusun!”.
Cəlilabad
sakini Əlövsət Məmmədov: “Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandanı, sərkərdəsi,
möhtərəm şəxsiyyəti, ağsaqqalı,
böyük siyasətçisi, hər bir evin fəxri vətəndaşı,
natiqi, xarici jurnalistləri yerində susduran, elmli, savadlı,
xarici dövlət başçılarından hərtərəfli
seçilən, yaraşıqlı, gözəl insan İlham
Heydər oğlu Əliyev, biz cəlilabadlılar Sizi çox
sevirik və hər zaman Sizin arxanızdayıq. Vətən
müharibəsinin Qələbə ilə başa
çatması bizi hədsiz sevindirir. Siz
ulu öndər Heydər Əliyevin layiqli
davamçısı, böyük sərkərdəsiniz.
Ulu Öndər hakimiyyətə gələndə mənim
atam televiziya ekranını öpüb dedi ki, axır ki,
ölkənin sahibi gəldi, bu insan ölkəni xaosdan,
müharibədən qurtaracaq. Elə də oldu.
Siz də Ulu Öndərin siyasətini çox
uğurla davam etdirirsiniz. Azərbaycanı
dünyada ən qabaqcıl ölkələrdən biri etmisiniz.
Cənab Prezident, şəhid verməsək, torpağı
azad etmək olmaz. Allah bütün şəhidlərə
rəhmət etsin. Bu haqq savaşında hamı bir nəfər
kimi cəbhəyə yollanıb torpaqlarımızı azad
etmək istədi, Sizin arxanızda
dayandı. Ali Baş Komandan, özünüzü qoruyun. Siz bizlərə, bu xalqa lazımsınız. Siz Azərbaycanın yeni tarixini yazdınız.
İnanın ki, neçə əsrlər
keçəcək, bu yeni tarixdən hər gün, hər
saat danışılacaq və yazılacaq. Bunu ancaq Siz edə bilərdiniz, cənab Prezidentim.
Sizə dünyaya səs salan müqəddəs
yolda uğurlar, cansağlığı arzulayıram,
yaraşıqlı və savadlı Prezidentim”.
Biləsuvar
sakini Azad Quliyev: “Hörmətli Prezident, Müzəffər Ali
Baş Komandan, biz, Mübarizlər yurdu Biləsuvarın gəncləri
Sizi tarixi Qələbə münasibətilə səmimi qəlbdən
təbrik edir, xalqımıza yaşatdığınız bu
xoşbəxtliyə görə Sizə dərin təşəkkürümüzü
bildiririk. Sizin apardığınız uzaqgörən
uğurlu diplomatik fəaliyyət öz bəhrəsini verdi, 30 illik işğala son qoyuldu. Siz Vətən müharibəsinin ilk günlərində
xalqa verdiyiniz sözü, həmişə olduğu kimi,
doğrultdunuz. Sizin qarşınızda
duruş gətirə bilməyən erməni faşistləri,
uşaq qatilləri məğlub olduqlarını rəsmən
təsdiq etdilər. İndi üçrəngli
bayrağımız həsrətində olduğumuz doğma, əziz
Qarabağımızda dalğalanır. Azərbaycan
xalqının qürurlu, cəsarətli, yenilməz xalq
olması bir daha öz təsdiqini tapdı. Heç bir təzyiq,
hədə-qorxu bizi haqq yolumuzdan döndərə bilməz,
çünki bizim Sizin kimi Ali Baş Komandanımız,
Prezidentimiz var. Sizin dediyiniz kimi biz haqq yolundayıq, yumruq kimi
birik. Bu birlik isə əbədidir və əbədi olacaq! Bu Qələbə Azərbaycanın hərb tarixinə
qızıl hərflərlə yazıldı. Allah Sizi,
müzəffər Ordumuzu və xalqımızı qorusun!”.
Xaçmaz
sakini Xalidə Sultanova: “Hörmətli Prezident, Müzəffər
Ali Baş Komandan, Vətən müharibəsində göstərdiyiniz
igidliyə, qəhrəmanlığa, mərdliyə görə
bir Azərbaycan qadını, anası kimi Sizi və Mehriban
xanımı ürəkdən təbrik edirəm. Hörmətli
Prezident, Siz atanız ulu öndər Heydər Əliyevin vəsiyyətini
yerinə yetirən igid oğul kimi Şuşanı,
bütün Qarabağımızı işğaldan azad
etdiniz, işğalda olan kənd və şəhərlərimizi
xalqımıza qaytardınız. Hörmətli Prezident, Vətən
uğrunda canından, qanından keçən şəhidlərimizin
qarşısında baş əyirik. Əziz
Prezidentim, Allah lənətə gəlmiş qəddar,
dinsiz-imansız Paşinyanı Sizin qarşınızda xar
etdi. Bir daha Qələbə münasibətilə
Sizi, bütün Azərbaycan xalqını, qəhrəmancasına
vuruşan əsgərlərimizi təbrik edirəm.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Ağdam sakini Aişə Qasımova: “Hörmətli cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə dərin təşəkkürümü bildirirəm. Biz ağdamlılar həmişə Sizə, Sizin siyasətinizə inanırıq. Sizin uğurlu siyasətiniz və Ordumuzun yenilməz gücü sayəsində biz bu gün torpaqlarımızın azad olunmasından çox xoşbəxtik. Sevinirik ki, tezliklə yurd həsrətimizi qurub-yaratmaq həvəsi əvəz edəcək. İnanırıq ki, Sizin kimi Prezidenti olan xalq heç vaxt yenilməz. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayır, ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Allah Sizi qorusun!”.
Ağdamın daha bir sakini Bəxtiyar Şirinov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, rəhbərliyiniz nəticəsində əldə edilən Qələbəmiz münasibətilə Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzu edirik. Müharibə başlayan gündən istər hərb meydanında, istərsə də siyasi arenada Sizin necə döyüşdüyünüzün şahidi olduq. Bu böyük zəfər Sizin, müzəffər Ordumuzun və xalqımızın şanlı Qələbəsidir. Bütün xalqımız, o cümlədən biz - məcburi köçkünlər təklif edirik ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin.
Uca Tanrı Sizi, Ordumuzu, xalqımızı qorusun”.
Şəkidən Əşrəf Durmuşov: “Müzəffər Ali Baş Komandan, biz Sizi liderimiz, Milli Qəhrəmanımız, Prezidentlər Prezidenti hesab edirik. Biz Sizinlə fəxr edirik. Mən Sizin çıxışlarınızı çox həvəslə izləyirəm. Ümummilli lider Heydər Əliyevin və ananız Zərifə xanım Əliyevanın ruhları qarşısında baş əyirik ki, xalqımıza Sizin kimi dəyanətli şəxsiyyət bəxş ediblər. Cənab Prezident, Siz bütün dünyaya qalib gəldiniz, yumruğunuzun gücü budur. Hamı Sizə alqış edir, biz Sizinləyik. Mənim övladım da ön cəbhədə Vətənə olan borcunu yerinə yetirir. Cənab Prezidentimiz, Siz bizlərə ümid verdiniz, xalqımız heç vaxt Sizin bizə bəxş etdiklərinizi unutmayacaq. Siz ayağınızı qoyduğunuz yerə xalqımız canını qoyar. Qələbənin dadını bildik və gördük. Sevincimi sözlə ifadə edə bilmirəm. Siz bir dənəsiniz, Uca Yaradan Sizi qorusun! Eşq olsun Sizə! Siz Paşinyanın və ona bənzəyən müxbirlərin payını yaxşıca verdiniz. Siz qərəzli müxbirlərin cavabını layiqincə verəndə mən Sizi ayaq üstdə alqışladım, Sizinlə bir daha fəxr etdim. Cənab Prezident, mən on min əhalisi olan kənddə yaşayıram, bütün kəndimiz Sizi sevir, Sizinlə fəxr edir. Biz hamımız – kiçikdən böyüyədək Sizin arxanızdayıq. Siz bizim ömürlük Prezidentimizsiniz”.
Ağdam rayonundan Şahmar Rzayev: “Hörmətli cənab Prezident, hər bir xalqın prezidenti, rəhbəri var. Ancaq biz xoşbəxtik ki, xalqı öz dəmir yumruğu kimi ətrafında birləşdirib arxasınca aparan Sizin kimi bir liderimiz var. Məhz Sizin illərcə apardığınız düzgün siyasət, əzmkarlıq və qətiyyətli addımların nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz sərfəli yerini tutdu, güclü iqtisadiyyata və müasir orduya sahib oldu. O orduya ki, bir zamanlar Şuşada yallı rəqsinə oynayan Paşinyanı müasir silahların ritmi altında kapitulyasiya rəqsinə oynamağa məcbur etdi və zəfər qazandı. Öz uzaqgörənliyi, əqli və zəkası ilə dünyada şərəfli tarix yazan Prezidentimiz, Sizə və ailənizə bizə bu şərəfli anı yaşatdığınıza görə uzun ömür arzu edir və minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan! Yaşasın möhtərəm Prezidentimiz! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Könül Rzayeva: “Cənab
Prezident, Qarabağın Fatehi, ilk öncə Sizi Qarabağ zəfəri
münasibətilə təbrik edirəm. Bizə
yaşatdığınız bu şanlı tarix
üçün çox sağ olun. Mən Füzuli rayonu,
Böyük Bəhmənli kəndində doğulub
böyümüşəm. Məcburi köçkün
statusu ilə yaşasam da, daim ürəyimdə Vətənimin
- Füzulimin nisgilini daşımışam. Bu, həm də
bir qürur tarixidir. Sizin və şanlı Ordumuzun sayəsində
artıq başımı dik tuturam. Mən Tibb Universitetinin
5-ci kurs tələbəsiyəm. Torpaqlarımızın
erməni işğalından azad olunması üçün
başlatdığınız əks-hücum əməliyyatlarının
ilk günündən, sonuncu yaralı əsgəri yola salana qədər
könüllü olaraq Füzuli Müalicə Diaqnostika Mərkəzində
yaralı əsgərlərimizə tibbi xidmət göstərdim.
Bu xidməti qürur və fəxarətlə Vətənimə,
qardaşlarımın axan qanları qarşısında vicdan
borcum hesab edərək və Sizinlə zəfərə
inanaraq etdim. Siz və birinci xanımımız Mehriban
Əliyeva bizim ellərə, işğaldan azad olunmuş
Füzuli şəhərinə gələrək bizi
qürurlandırdınız, dövlətlə
xalqımızın sarsılmaz birliyini bir daha göstərdiniz.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Azərbaycan.-2020.- 24 noyabr.- S.3.