Azərbaycan
Respublikası Prezidentinin “Əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan mallara
görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq
edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli
985 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli
148 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
12 iyul tarixli 985 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 7, maddə 1256; 2017, ¹ 1, maddə 48, ¹ 6, maddə
1073, ¹ 10, maddə 1787; 2019, ¹ 12, maddə 1945) ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 3.8-ci
bənddə "təminatı
və texniki avadanlıqların” sözləri
"təminatının” sözü
ilə əvəz edilsin;
1.2. 3.9-cu
bənddən "zəruri
avadanlıq,” sözləri
çıxarılsın.
2. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 26
iyun tarixli 148 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə
1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3 maddə, 411, ¹ 4, maddə
619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə
1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə
1039) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə
aşağıdakı məzmunda
3.1.12-1-ci yarımbənd əlavə
edilsin:
"3.1.12-1. normativ-hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər
vermək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr
2020-ci il
Azərbaycan.-2020.- 24 noyabr.- S.4.