Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə təsdiq edilmişElektron ipotekakredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5, maddə 898, ¹ 10, maddə 1991; 2019, ¹ 6, maddə 1014) ilə təsdiq edilmiş "Elektron ipoteka kredit zəmanətsistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 6.3.3-cü, 6.3.4-cü 6.3.5-ci yarımbəndlərdə "25%-dənsözləri "25% dahasözləri ilə əvəz edilsin.

 

2. 6.3.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 6.3.11-ci yarımbənd əlavə edilsin:

 

"6.3.11. investisiya təşviqi sənədi almış ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2020-ci il

Azərbaycan.-2020.- 24 noyabr.- S.4.