Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə
Qərargahının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra - Qərargah) yaradılsın:
Qərargahın rəhbəri
Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Qərargahın üzvləri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Şahmar Mövsümov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Elçin Əmirbəyov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Xalid Əhədov - Azərbaycan
Respublikasının Birinci
vitse-prezidentinin köməkçisi
Emin Hüseynov - Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin köməkçisi
Kamran Əliyev - Azərbaycan Respublikasının Baş
prokuroru
Vilayət Eyvazov - Azərbaycan
Respublikasının daxili
işlər naziri
Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya
və təbii sərvətlər naziri
Fikrət
Məmmədov - Azərbaycan
Respublikasının ədliyyə
naziri
Sahil Babayev - Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri
Kəmaləddin Heydərov - Azərbaycan
Respublikasının fövqəladə
hallar naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov - Azərbaycan
Respublikasının iqtisadiyyat
naziri
İnam
Kərimov - Azərbaycan
Respublikasının kənd
təsərrüfatı naziri
Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə
naziri
Zakir Həsənov - Azərbaycan
Respublikasının müdafiə
naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Emin Əmrullayev - Azərbaycan
Respublikasının təhsil
naziri
Anar Quliyev - Azərbaycan Respublikası Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri
Rövşən Rzayev - Azərbaycan
Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan
Respublikasının Dövlət
Sərhəd Xidmətinin
rəisi
Əli Nağıyev - Azərbaycan
Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi
Orxan Sultanov - Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin
rəisi
Anar Kərimov - Azərbaycan Respublikasının mədəniyyət
nazirinin birinci müavini
Rəşad Nəbiyev - "Azərkosmos”
Açıq Səhmdar
Cəmiyyətinin sədri
2. Qərargahın nəzdində
katiblik və kommunikasiya funksiyasının
yerinə yetirilməsi
və zəruri analitik-təşkilati dəstək
göstərilməsi məqsədilə
İdarələrarası Mərkəz
yaradılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr
2020-ci il
Azərbaycan.-2020.- 25 noyabr.- S.7.