“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 9, maddə
684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə
1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə
145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190, ¹ 8, maddə 1382, ¹ 11, maddə
1684, ¹ 12, maddə 1881; 2020, ¹ 5, maddə 508, ¹ 6, maddələr
662, 669, ¹ 7, maddələr 824, 830) 14.8-1-ci
maddəsinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqlar övladlığa götürüldükdə
də bu hüququ saxlayırlar.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2020-ci il
Azərbaycan.-2020.- 26 noyabr.- S.3.