“Sosial
müavinətlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Sosial
müavinətlər haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 2, maddə
76; 2007, ¹ 10, maddə 933; 2008, ¹ 6, maddələr 464, 475; 2013, ¹ 1, maddə
19, ¹ 6, maddə 618, ¹ 11, maddələr
1240, 1306; 2017, ¹ 7, maddə 1278; 2018, ¹ 3, maddə 400, ¹ 5, maddə
869; 2019, ¹ 3, maddə 380, ¹ 12, maddə 1893; 2020, ¹ 7, maddə
829) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
4.0.1.13-cü maddənin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 4.0.1.14-cü maddə
əlavə edilsin:
"4.0.1.14.
övladlığa götürülən uşağa,
o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşağa
görə müavinət.”;
1.2. Aşağıdakı məzmunda
5.1-1-ci və 7.0.10-4-cü maddələr
əlavə edilsin:
"5.1-1.
Bu Qanunun 4.0.1.1 - 4.0.1.3-cü və 4.0.1.5 - 4.0.1.6-cı maddələrində
nəzərdə tutulan
müavinətlərdən birini almaq hüququ
olan şəxslərin
bu Qanunun 4.0.1.14-cü
maddəsində nəzərdə
tutulan müavinəti
almaq hüququ yarandıqda, həmin şəxslərə hər
iki müavinət təyin edilir.”;
"7.0.10-4.
övladlığa götürülən
uşağa görə
müavinət - valideynlərini
itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş 3-18
yaş arası uşağı, o cümlədən
0-18 yaş arası sağlamlıq imkanları
məhdud uşağı
övladlığa götürən
şəxsə 2021-ci il
yanvarın 1-dən sonra
övladlığa götürülən
uşaq üçün
(uşağın övladlığa
götürülməsi haqqında
məhkəmənin qanuni
qüvvəyə minmiş
qətnaməsi təqdim
edildikdə).”;
1.3. 9-cu maddə üzrə:
1.3.1.
9.1.2-ci maddəyə "əlilliyə”
sözündən əvvəl
"18 yaşından yuxarı
əlilliyi olan şəxslərə” sözləri
əlavə edilsin;
1.3.2.
9.1.10-cu maddənin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 9.1.11-ci maddə
əlavə edilsin:
"9.1.11. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir.”;
1.3.3. aşağıdakı məzmunda 9.1-2-ci maddə əlavə edilsin:
"9.1-2. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir.”;
1.4. 10.2-ci maddəyə "7.0.12-ci” sözlərindən əvvəl "4.0.1.14-cü,” sözləri əlavə edilsin;
1.5. Aşağıdakı məzmunda 10.2-1-ci maddə əlavə edilsin:
"10.2-1. Bu Qanunun 4.0.1.14-cü maddəsində nəzərdə tutulan müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir.”;
1.6. 11.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 11.1.8-ci maddə əlavə edilsin:
"11.1.8. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda.”.
Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 oktyabr 2020-ci il
Azərbaycan.-2020.- 26 noyabr.- S.9.