“Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr
731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə
75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə
602; 2010, №4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə
1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, №
8, maddə 1382, № 12, maddə
1908; 2020, № 5, maddə 507, № 6, maddə 670, № 7, maddə
827) 5-ci maddəsinin ikinci
hissəsinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqlar övladlığa götürüldükdə
də bu hüququ saxlayırlar.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2020-ci il
Azərbaycan.-2020.- 26 noyabr.- S.9.