“Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikası Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (I kitab),
maddə 203, ¹ 3, maddə
404; 2017, ¹ 7, maddə 1269; 2019; ¹ 8, maddə 1377) 8.2.4-cü maddəsi
aşağıdakı redaksiyada
verilsin:
"8.2.4.
strukturun, əməyin ödənişi
fondunun, işçilərin
say həddinin və onların əməkhaqlarının
məbləğinin (vəzifə
maaşının, vəzifə
maaşına əlavələrin,
mükafatların və
digər ödənişlərin)
təsdiqi;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2020-ci il
Azərbaycan.-2020.- 26 noyabr.- S.9.