Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Xidməti pasport almaq
hüququ olan vəzifəli
şəxslərin siyahısı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 3 mart tarixli
391 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 3, maddə 172; 2012, ¹ 2, maddə 68, ¹ 5, maddə
426, ¹ 9, maddə 851, ¹ 12, maddə
1248; 2013, ¹ 9, maddə 1063; 2014, ¹ 9, maddə 1033; 2016, ¹ 2 (II kitab),
maddə 236; 2017, ¹ 3, maddə
383, ¹ 10, maddə 1782, ¹ 11, maddə
2022; 2018, ¹ 5, maddə 971; 2019, ¹ 3, maddə 395; 2020, ¹ 1, maddə
12; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 29
oktyabr tarixli 1168 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ
olan vəzifəli şəxslərin siyahısı”nın
2.3-cü bəndindən ", Hasilat Sənayesində Şəffaflıq üzrə
Komissiyanın Katibliyinin”
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr
2020-ci il
Azərbaycan.-2020.- 26 noyabr.- S.3.