“Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri
haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
2004-cü il 12 aprel tarixli 48 nömrəli və “Peşə təhsili
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli
1071-VQ nömrəli Qanununun tətbiqi barədə”
2018-ci il 18 iyun tarixli 140 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il
30 sentyabr tarixli
172-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun 8-1.2-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. "Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun
16.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.3. həmin Qanunun
16.2-ci maddəsində "orqan (qurum)” dedikdə tabeliyində dövlət peşə təhsili müəssisəsi
olan icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər
və dövlət mülkiyyətində olan
və ya paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan digər hüquqi şəxslər
nəzərdə tutulur.
2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 4, maddə 228; 2005, ¹ 8, maddə 708, ¹ 9, maddə 801, ¹ 12, maddə 1103; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 2, maddə 54; 2012, ¹ 1, maddə 6; 2013, ¹ 12, maddə 1529; 2014, ¹ 2, maddə 103; 2016, ¹ 3, maddə 465, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1637; 2017, ¹ 5, maddə 846, ¹ 9, maddə 1653, ¹ 10, maddə 1803, ¹ 12 (I kitab), maddə 2319; 2018, ¹ 12 (I kitab), maddə 2614; 2019, ¹ 2, maddə 211; 2020, ¹ 8, maddə 1029) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə "5-1.9-cu” sözlərindən sonra ", 8-1.2-ci” sözləri əlavə edilsin;
2.2. 2.9-cu və 2.10-cu bəndlərdə "8-1-si” sözləri "8-1.1-ci” sözləri ilə əvəz edilsin.
3. "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1230; 2019, ¹ 5, maddə 841; 2020, ¹ 7, maddə 893) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə "10.21-ci” sözlərindən sonra ", 16.2-ci” sözləri əlavə edilsin;
3.2. 2.4-cü bənddə "müvafiq icra hakimiyyəti orqanının” sözləri "orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
3.3. 2.5-ci bənddə "müvafiq icra hakimiyyəti orqanının” sözləri "orqanın (qurumun)” sözləri ilə əvəz olunsun və həmin bəndə "icra hakimiyyəti orqanları” sözlərindən sonra ",dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər hüquqi şəxslər” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 noyabr 2020-ci il
Azərbaycan.-2020.- 26 noyabr.- S.9.