“Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 181-VIQD nömrəli Qanununun
tətbiqi və “Sosial müavinətlərin
məbləğinin artırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973
nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 181-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 916; 2014, ¹ 3, maddə 251; 2016, ¹ 1, maddə 69; 2018, ¹ 7 (I kitab), maddə 1454; 2019, ¹ 4, maddə 640) 1.1.11.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.12-ci yarımbənd əlavə edilsin:
"1.1.12. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət:
1. övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə - 160 manat;
2. övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə - 480 manat.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 noyabr 2020-ci il
Azərbaycan.-2020.- 26 noyabr.- S.9.