Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə rəsmi "Instagramsəhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ̆ Azərbaycandır!”

 

 

Azərbaycan.-2020.- 26 noyabr.- S.1.