Azərbaycanda fəaliyyət
göstərən siyasi partiyalar
Fransa Senatında Dağlıq
Qarabağdakı qondarma qurumun
tanınması məsələsinə baxılması ilə
bağlı bəyanat yayıblar
Azərbaycanda
fəaliyyət göstərən siyasi partiyalar Fransa
Senatında Dağlıq Qarabağdakı qondarma qurumun
tanınması məsələsinə baxılması ilə
bağlı bəyanat yayıblar.
AZƏRTAC bəyanatı təqdim edir.
Azərbaycan
Respublikasında fəaliyyət göstərən siyasi partiyaların
BƏYANATI
Məlum olduğu kimi, Fransa Senatı bu gün - noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış qərəzli mövqe Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq büruzə verdi.
Biz, Azərbaycan ictimaiyyətinin avanqardı olan, əksər hallarda siyasətə məhz ərazi bütövlüyümüzə qəsdin aradan qaldırılması üçün qatılmış siyasi xadimlər unutmamışıq ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasına səbəb ilk dəfə Mixail Qorbaçovun müşaviri Abel Aqanbeqyanın 1987-ci ildə məhz Parisdə keçirdiyi görüşlərdə Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Fransadakı erməni diasporuna söz verməsi olmuşdur.
Birinci Qarabağ müharibəsinin gedişində Fransada həbsdən azad edilən ASALA terrorçuları Dağlıq Qarabağda azərbaycanlılara qarşı misilsiz vəhşilikləri ilə ad çıxarmışdılar. Terror fəaliyyəti heç kimdə şübhə doğurmayan şəxslərin kütləvi şəkildə azərbaycanlılara qarşı döyüşmək üçün Ermənistana, oradan da Dağlıq Qarabağa göndərilməsi bizim unutmayacağımız faktlardır.
Məhz Fransanın himayəsi ilə Yaxın Şərqdəki, xüsusən Livandakı erməni icması xüsusi imtiyazlar əldə etmiş, Livanda dövlət içərisində dövlətə çevrilmişdir. Fransanın himayəsi ilə Livandakı ermənilərdən formalaşdırılmış ASALA Yaxın Şərqdən terrorçular cəlb edərək azərbaycanlılara qarşı amansızlıqları ilə seçilən dəstələr təşkil etmişdir.
Azərbaycan və Fransa arasında ən yüksək səviyyədə dövlət səfərləri təşkil edilmiş, bizim ölkəmiz Fransaya böyük ümidlər bəsləyərək 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədr seçilməsinə razılıq vermişdir.
Azərbaycanda Fransanın iqtisadi maraqları maksimum təmin edilmişdir. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir
və Azərbaycan iqtisadiyyatına yatırılan
investisiyaların həcmi
2 milyard dollardan çoxdur. 2018-ci ilin
iyununda Parisə səfəri zamanı Prezident İlham Əliyev iqtisadi əlaqələrin inkişafına
xüsusi diqqət yetirmiş, aparıcı fransız şirkətləri
və qruplarının
rəhbərləri ilə
görüşlər keçirmiş,
2,2 milyard dollarlıq anlaşmalar imzalanmışdı.
Azərbaycan dövləti və
Heydər Əliyev Fondu Fransada çoxsaylı mədəni
layihələr icra etmiş, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri
abidələr, Luvr Muzeyi bərpa olunmuş, Parisdə Azərbaycan Mədəniyyət
Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi
yaradılmışdır.
Lakin bütün
bu addımlara baxmayaraq, Fransa qərəzli ermənipərəst
mövqeyindən imtina
etmədi, bəzi fransız şirkətləri
İkinci Qarabağ müharibəsinin son anlarınadək
Azərbaycanın işğal
olunmuş ərazilərində
qanunsuz fəaliyyət
göstərməkdə davam
etdi.
2018-ci ildə bir
çox Fransa bələdiyyələri qondarma
rejimdəki bələdiyyələrlə
dostluq xartiyaları imzalamışlar. Azərbaycan tərəfi Fransa məhkəmələri vasitəsilə
bu xartiyaları ləğv etdirsə də, bu il Paris meriyası
"Dağlıq Qarabağ
respublikası”nı tanımaq
təşəbbüsü qaldırmışdır.
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Latviyanın
paytaxtı Riqada Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
və cəbhədə
baş verənlərə
toxunaraq həqiqətə
uyğun olmayan qeyri-ciddi açıqlamalar
vermiş, daha sonra saxta məlumatlar
və şayiələr
əsasında, heç
bir dəlil-sübutsuz
ölkəmizə qarşı
böhtan atmışdır.
Noyabrın əvvəlində Fransanın
42 tanınmış xadimi
- yazıçılar, jurnalistlər
və s. prezident Makrona birgə məktub yazaraq "Qarabağ ermənilərini
müdafiə etməyə"
çağırmışlar.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, rəsmi Paris Ermənistanı birtərəfli
müdafiə etməkdə
davam edəcək.
Dağlıq Qarabağ münaqişəsinin
ilk çağlarından bu
günədək davam
edən qərəzli
addımlar göstərir
ki, Fransa ATƏT-in
Minsk qrupunun həmsədr
ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. Fransa təcavüzkar Ermənistan
ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı
Ermənistanı müdafiə
edir, obyektiv deyil, işğalçının
yanındadır və
vasitəçilik missiyasını
yerinə yetirmir.
Son hadisələr onu göstərdi ki, münaqişənin
real həllində yalnız
ATƏT-in Minsk qrupunun həmsədr
ölkəsi olan Rusiya və Minsk qrupunun üzvü olan Türkiyə maraqlıdır. Bu cür yanaşmaya, o cümlədən hər üç ölkə rəhbəri arasında dostluq və sıx əməkdaşlıq
münasibətləri səbəb
olmuşdur.
Dünyada ikili standartlarla, eyni hadisəyə fərqli yanaşma ilə ədalət təmin edilə bilməz. Hesab edirik ki, fransız
siyasi elitası heç zaman Böyük Fransız İnqilabının ideallarına
riayət etməmiş,
bir tərəfdən
qardaşlıq, azadlıq,
bərabərlik, dinin
dövlətdən ayrı
olması idealları bəyan edilsə də, reallıqda müstəmləkəçilik, islamofobiya, antisemitizm, irqçilik, xristian təəssübkeşliyi bu
ölkənin xarici siyasətində həmişə
mühüm yer tutmuşdur. Məhz Fransanın yanlış
yanaşmalarının nəticəsi
olaraq Avropa İttifaqı bu gün bir xristian
klubu kimi qəbul olunmaqdadır.
Fransa Əlcəzair,
Tunis, Mərakeş, Çad,
Qabon, Kamerun, Ruanda, Cibuti, Kamboca və Vyetnamda soyqırımları törətmiş
bir ölkədir.
Bu gün Sakit Okeanda, Hind Okeanında və Karib dənizində
yerləşən 11 ada
dövləti və Cənubi Amerikada 1 materik ərazisi (Fransız Qvianası) və Şimali Amerikada yerləşən
digər 1 materik ərazisi (Sen-Pyer və Mikelon) Fransa əraziləri hesab olunur. Bu
müstəmləkə ərazilərində
3 milyona yaxın insan yaşayır və şəxsiyyət vəsiqələrində onların
milliyyəti məcburi
şəkildə "fransız”
olaraq qeyd olunur. Fransa idarəçilərinə məsləhət
görürük ki, Azərbaycana Dağlıq
Qarabağla bağlı
məsləhətlər verib
uca bəyanatlar səsləndirməkdənsə, bu xalqların, o cümlədən 300 ildir
işğal etdiyi Elzas və Korsika
əhalisinin öz müqəddəratını müəyyən
etmək prinsipinə necə yanaşırsa, Dağlıq Qarabağ mövzusuna da eyni münasibət göstərsin.
Belə ikili standartlara əlavə olaraq Fransa siyasi elitasının
son zamanlar etnik və iqtisadi lobbilər tərəfindən
ələ alınmasına
dair Fransa mediası yüzlərlə
yazılar dərc etməkdədir. 1980-ci illərdən
üzü bəri Fransanın demək olar bütün aparıcı siyasətçiləri
barədə bu məzmunda ittihamlar səsləndirilmişdir.
Azərbaycan ictimaiyyətinə Emmanuel Makronun
da etnik lobbilər, konkret olaraq erməni lobbisi tərəfindən
ələ alınması,
öz fəaliyyətini
erməni lobbisinin maraqları ilə uzlaşdırması haqqında
məlumatlar bəllidir. Makronun Qarabağdakı "erməni
dini və tarixi-mədəni abidələrinin”
qorunması vacibliyindən
danışdığı halda, İkinci Qarabağ müharibəsi
zamanı ermənilərin
hərbi cinayətləri
nəticəsində 94 günahsız
mülki şəxsin
həlak olması barədə susması onun riyakarlığını
bir daha göstərir. Emmanuel Makronun ermənilərə
münasibətdə göstərdiyi
canfəşanlığın arxasında duran əsl səbəbləri
tarix göstərəcəkdir.
Biz siyasi partiyalar
olaraq bəyan edirik ki, indi
daha konkret addımlar atmaq zamanı yetişmişdir. Fransa Senatının Dağlıq
Qarabağla bağlı
qətnaməsi qəbul
olunacağı təqdirdə,
açıq-aşkar işğalçını
dəstəkləyən ölkə
bundan sonra ATƏT-in
Minsk qrupunun həmsədrliyindən
uzaqlaşdırılmalı, Fransa ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən
baxılmalı, bütün
mədəni layihələr
dayandırılmalıdır.
Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
Vətəndaş Həmrəyliyi Partiyası
– Sabir Rüstəmxanlı
Ana Vətən Partiyası – Fəzail Ağamalı
Böyük Quruluş Partiyası
– Fazil Mustafa
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyası
– Qüdrət Həsənquliyev
Demokratik
İslahatlar Partiyası
– Asim Mollazadə
Vəhdət Partiyası – Tahir
Kərimli
Vətəndaş Birliyi Partiyası
– Sabir Hacıyev
Azərbaycan Demokratik Maarifçilik
Partiyası – Elşən
Musayev
Milli Cəbhə Partiyası – Razi Nurullayev
ReAL Partiyası – İlqar Məmmədov
Azərbaycan Ümid Partiyası
– İqbal Ağa-zadə
Milli Dirçəliş Hərəkatı
Partiyası – Fərəc
Quliyev
Azərbaycan Demokrat Partiyası
– Sərdar Cəlaloğlu
Ədalət Partiyası – İlyas
İsmayılov
Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər
Azərbaycan Liberal Partiyası – Əvəz
Temirxan
Azərbaycan Milli İstiqlal
Partiyası – Arzuxan Əlizadə
Aydınlar Partiyası – Qulamhüseyn
Əlibəyli
Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
Böyük Azərbaycan Partiyası
– Elşad Musayev
Milli Vəhdət Partiyası –
Yunus Oğuz
AĞ Partiya – Tural Abbaslı
Müasir
Müsavat Partiyası
– Hafiz Hacıyev
Azərbaycan Liberal Demokrat Partiyası
– Fuad Əliyev
Azərbaycan Yurddaş Partiyası
– Mais Səfərli
Azadlıq Partiyası – Əhməd
Orucov
Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
Cümhuriyyət Xalq Partiyası
– Bədrəddin Quliyev
Milli Həmrəylik Partiyası
– Əlisahib Hüseynov
Yeni Zaman Partiyası – Musa Ağayev
Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev
Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
Azərbaycan Kommunist Partiyası
– Hacı Hacıyev və Rauf Qurbanov
Milli Konqres Partiyası – İxtiyar Şirinov
Müstəqil Xalq Partiyası
– Əflan İbrahimov
Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
Azərbaycan Təkamül Partiyası
– Teyyub Əliyev
Birlik Partiyası – Xudadat Xudiyev
Gələcək Azərbaycan Partiyası
– Ağasif Şakiroğlu
Azərbaycan Milli Hərəkat
Partiyası – Samir Cəfərov
Azərbaycan Mübarizləri Partiyası
– Ağadur Müslümov
Qorqud Partiyası – Firudin Kərimov
Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
Azərbaycan.-2020.-
26 noyabr.- S.3.