Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixi və böyük Qələbə münasibətilə təbrik edirəm.
Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstəkləməsi bu böyük Qələbəyə yol açdı.
Biz -
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
livanlı məzunları bu böyük nailiyyət münasibətilə
Sizi səmimi-qəlbdən təbrik edir, Allahdan zati-alinizə
və böyük Azərbaycan xalqına davamlı tərəqqi
və nailiyyətlər diləyirik.
Hörmətlə,
Azərbaycan universitetlərinin livanlı
məzunları adından
Professor Akram
TARHİNİ
Azərbaycan.-2020.- 26 noyabr.- S.3.