Fransanın “Le
Point” jurnalı Azərbaycanın xarici işlər nazirinin
müsahibəsini yayıb
Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Fransanın “Le Point” jurnalına müsahibə verib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə nazir Ceyhun Bayramov üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qarabağda birgəyaşayışa zəmanət və digər sualları cavablandırıb.
AZƏRTAC müsahibəni təqdim edir:
-Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?
-BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayonu dekabrın 1-dək təhvil verməsidir. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar ola bilər.
Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?
-Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydınlaşdı. Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi. Rusiya Minsk qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir, bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycan ilə münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həmçinin Rusiya Prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.
-Qərb ölkəsi olan iki həmsədr - Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk qrupu faydasız oldu?
-Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüzün qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaqdır.
-Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?
- Vasitəçi olmaq üçün fundamental şərt
neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının
son açıqlamaları birtərəfli
və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə
alınacaq vacib bir amil olduğunu
anlaya bilərik, amma bir dövlətin
rəsmi mövqeyinin müəyyən edilməsi
məsələsinə gəldikdə,
bu mövqe beynəlxalq hüququn norma və
prinsipləri, habelə
dövlət məsuliyyətindən
irəli gələn prinsiplərə əsaslanmalıdır.
Xüsusən də sözügedən
dövlət vasitəçi
mandatına sahibdirsə.
- Fransa sülh müqaviləsini təşviq
etmək üçün
nə edə bilər?
- Fransanın beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə
Fransanın səs verdiyi BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinin icrası,
beynəlxalq səviyyədə
tanınmış dövlət
sərhədlərinin toxunulmazlığının
təminatı və məcburi köçkünlərin
fundamental hüquqlarının bərpası tələb
olunur.
- Bu müharibədə Türkiyənin
Azərbaycana pilotsuz təyyarələr və
suriyalı muzdlular daxil olmaqla, köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləlləşdirilməsi
davamlı həllin axtarışını çətinləşdirmir?
Azərbaycan Ordusunu gücləndirən
amillər Silahlı Qüvvələrimizin mobilliyi,
dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil
olmaqla bir sıra ölkələrlə
müdafiə sahəsində
uğurlu əməkdaşlıq
edir. Türkiyə həmişə haqlı mövqeyimizi dəstəkləyib. Azərbaycan münaqişənin
beynəlmiləlləşdirilməsi və Ermənistanın üçüncü ölkələri
cəlb etmək cəhdlərinə qarşı
çıxış edib.
Suriyalı muzdlular barədə
hekayəyə gəldikdə
isə, biz bir neçə dəfə təkrarladıq və Prezident İlham Əliyev bunun müəyyən ölkələr
tərəfindən yayılan
açıq-aşkar dezinformasiya
olduğunu təsdiqlədi.
Bu şayiələri yayanlar tərəfindən
heç bir dəlil verilməyib.
Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən
ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq
üçün kənar
silahlı qüvvələrə
və nizamsız qruplaşmalara ehtiyacımız
yoxdur.
-Hazırda sizin nəzarətinizdə olan
xristian abidələri,
xüsusən də Dədəvəng monastırı
ilə bağlı vəziyyət necə olacaq?
-Azad edilmiş ərazilərdəki
bütün dini-tarixi
abidələr dövlət
tərəfindən qorunacaq.
Azərbaycan müxtəlif mədəniyyətlərə
və dinlərə hörmət və tolerantlıq ənənəsinə
sahib olan çoxmillətli
ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin
ayrılmaz hissəsidir.
Həmin
icma ölkə həyatında fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan
dövləti tərəfindən
tam şəkildə qorunur.
Təsadüfi deyil ki, Papa
Fransisk 2016-cı ildə
Bakıya səfəri
zamanı ölkəmizi
dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian
irsini yalnız öz sərhədləri
çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev
Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin
bərpasına yardım
edib.
-Son bir neçə həftə ərzində
aparılmış müharibədə
xristianlarla müsəlmanlar
arasında dini qarşıdurma epizodu olubmu?
-Ermənistan ilə Azərbaycan arasındakı
münaqişə dini
münaqişə deyil
və heç vaxt belə olmayıb. Bu, ərazilərimizə
qarşı erməni
iddiaları ilə başlayan dövlətlərarası
münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur,
çünki Azərbaycan
müxtəlif dinlərin
davamçılarının əsrlər boyu sülh şəraitində
yaşadığı ölkədir.
- Nə üçün Azərbaycanın Silahlı
Qüvvələri Şuşadakı
kimi, kilsələr də daxil olmaqla,
mülki binaları və məktəbləri
bombaladı?
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan Ordusunun əməliyyatları legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı demək istərdim ki, Azərbaycan Prezidenti bunun səhv və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı erməni kilsəsini bərpa etməzdik.
-Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində Ermənistan suverenliyini tanımağa hazırdırmı?
-Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrindən sonra bu ərazilərdə yerləşdirilib. Sovet dövründə ermənilərin orada çoxluq təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və bölgəni əhatə edən 7 Azərbaycan rayonunda yaşayanlar 1990-cı illərin əvvəllərində işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı olublar. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 10 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.
-Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgəyaşayışa necə zəmanət verə bilər?
- Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşı bərabər hüquqlarla təmin edir və onların azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcək. Azərbaycan Prezidenti artıq işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgəyaşayışını təmin etməyə hazırdır.
-Atəşkəs elan edildikdən sonra Prezident İlham Əliyev niyə ermənilərin “itlər kimi” qovulması ilə bağlı şərhlər verdi?
Bu açıqlama erməni
xalqına qarşı yönəlməyib. Prezident İlham
Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən,
ərazilərimizi qanunsuz olaraq
işğal edib mülki şəxslərə qarşı hərbi
cinayətlər törədənlərdən, Gəncə, Bərdə
və Azərbaycanın digər yaşayış yerlərindəki
günahsız mülki şəxslərə
qarşı hücum əmri verənlərdən
danışdığını açıq şəkildə
bildirdi. Şübhəsiz ki,
müharibə cinayətləri törətmiş şəxslər
əməllərinə görə cavab
verməlidirlər.
Azərbaycan.-2020.- 26 noyabr.- S.4.